244) Qalxanvari vəzin follikulyar adenoması və follikulyar xərçənginin differensial diaqnostikasında aşağıdakılardan hansı düzgün diaqnoz qoymağa hansı kömək edər?
A) Əməliyyat materialının histoloji müayinəsi
B) Maqnit - rezonans tomoqrafiya (MRT)
C) Nazik iynəli punksion aspirasion biopsiya
D) Kompüter tomoqrafiya (KT)
E) Radioizotop ssintiqrafiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
245) 22 yaşlı hamilə qadına qalxanvari vəzin papilyar xərçəngi diaqnozu qoyulmuşdur. Şiş sağ payda yerləşir, ölçüləri 1, 5 x 1, 5 sm olub, qalxanvari vəzin kapsulasından kənara çıxmır, metastaz yoxdur. Cərrahın taktikası necə olmalıdır?
A) Radioaktiv yodla müalicəyə göndərmək
B) Hamiləliyi pozub xəstəni əməliyyat etmək
C) Xəstəni sanator – kurort müalicəsinə göndərmək
D) L - tiroksinlə supressor terapiya təyin etmək, doğuşdan sonra xəstəni əməliyyat etmək
E) Hamiləliyi pozmadan əməliyyat etmək
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Dostları ilə paylaş: |