482) Gilənin çox rast gəlinən şişi aşağıdakılardan hansıdır?
A) Lipoma
B) Angioma
C) Papilloma
D) Fibroma
E) Mioma
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
483) Süd vəzinin xərçəngi ilk növbədə hansı limfa düyünlərinə metastaz verir?
A) Körpücüküstü
B) Çənəaltı
C) Körpücükaltı
D) Qoltuqaltı
E) Boyun
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
484) Xəstə 38 yaş, sağ süd vəzində dəri ilə bitişmiş, limfa düyünləri istiqamətində atmaşəkilli törəmə verən ağrılı bərkimə sahələri əmələ gəlib. Anamnezdə qohumlarından süd vəzinin xəstəliyindən əziyyət çəkən olmayıb. Ən böyük ehtimalla aşağıdakı xəstəliklərin hansından şübhələnmək olar?
A) Mastopatiya
B) Süd vəzinin xərçəngi
C) Süd vəzinin xoşxassəli şişi
D) Süd vəzinin vərəmi
E) Kəskin mastit
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
485) Qida borusunun varikoz venaların qanaxmasını dayandırmaq üçün zondu nə qədər saxlamaq olar?
A) 12-18 saat
B) 13-15 sutka
C) 6-10 sutka
D) 9-12 sutka
E) 1-8 saat
Ədəbiyyat: И.Литтманн. Оперативная хирургия. Будапешт, 1985. (1.бр.п.)
Dostları ilə paylaş: |