586) Tipik mədə rezeksiyasından sonra qanaxma daha tez-tez harda baş verir?
A) eroziv qastrit
B) mədənin kiçik əyriliyi
C) duodenal güdül
D) qastroenteroanastomozun peptik xorası
E) mədənin böyük əyriliyi
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
587) Xora mənşəli davamlı mədə qanaxması və yanaşı gedən ağır xəstəlikləri olan 75 yaşlı xəstəyə aşğağıdakılardan hansı göstərişdir?
A) Mədə rezeksiyası
B) Konservativ müalicə
C) Qanaxan damarın tikilməsi
D) Mədə xorasının pazvari kəsilib götürülməsi
E) Fibroqastroskopun köməyi ilə qanaxan damarın termokoaqulyasiyası.
Ədəbiyyat: М.Н.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. (Г)
588) Mədənin kəskin genişlənməsi zamanı əməliyyatdan sonrakı dövrdə hansı tədbir görülməlidir?
A) Spazmolitiklərin yeridilməsi
B) Volfer üsulu ilə qastroenteroanastomozun qoyulması
C) Piloroplastika ilə kötük vaqotomiyanın aparılması
D) Mədə möhtəviyyatının fasiləsiz aspirasiyası və su-elektrolit balansının korreksiyası
E) Mədə möhtəviyyatının sutka ərzində 2 dəfə evakuasiyasının həyata keçirilməsi
Ədəbiyyat: О.Л.Шевченко. Частная хирургия. Том 1, СПб. 2000. с.512. (Г)
589) Nissen üsulu ilə fundoplikasiyadan sonrakı disfagiya aşağıdakı hansı səbəb ilə əlaqədardır?
A) Diafraqmanın qida borusu dəliyinin həddən çox daralması
B) Kardiyanın hipertonusu .
C) Diafraqmal sinirin zədələnməsi
D) Manjetin hiperfunksiyası
E) Azan sinirinin zədələnməsi
Ədəbiyyat: К.В.Пучков, В.Б.Филимонов. Грыжи пищеводного отверстия диафрагмы. «Медицина», Москва, 2003. (Г)
Dostları ilə paylaş: |