119) Portal hipertenziyası olan xəstədə planlı əməliyyat nə vaxt edilməlidir?
A) Sirrozun stabil vəziyyətində
B) Bütün sadalananlar
C) Qanaxma olmadıqda
D) Qaraciyərin funksiyaları qənaətbəxş olduqda
E) Qarinin ön divaında kollaterallar az inkişaf etdikdə
Ədəbiyyat: Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
120) Portal hipertenziyası və formalaşmış sirrozu olan xəstədə nəyi icra etmək məqsədəuyğundur?
A) Periarterial simpatektomiya
B) Portokaval anastomoz, dalaq arteriyasının bağlanması, periarterial simpatektomiyası
C) Dalaq arteriyasının bağlanması, periarterial simpatektomiyası
D) Dalaq arteriyasının bağlanması
E) Portokaval anastomoz
Ədəbiyyat: Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
121) Kəskin nazik bağırsaq keçməməzliyində sonuncu müalicə tədbiri kimi hansı seçilməlidir?
A) İnfuzion terapiya
B) Antibiotikoterapiya
C) Nazoqastral zondlama
D) Antixolinesteraz təsirli preparatların tətbiqi
E) Cərrahi müdaxilə
Ədəbiyyat: Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |