274) Antibiotikin seçilməsi zamanı ilk növbədə hansı nəzərə alınır?
A) İrinli ifrazatın xarakteri
B) Mikrofloranın xarakteri və həssaslığı
C) İrinli ocağın yerləşməsi
D) İltihabın yayılması
E) İrinli ifrazatın həcmi
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,548
275) Soyuq infiltrativ appendisit diaqnozu xəstəyə qoyulmuşdur. Uyğun müalicə taktikası necə olmalıdır?
A) Ambulator müşahidə
B) Təcili cərrahi əməliyyat
C) Antibiotik, fizioteapiya, dinamik müşahidə
D) Stasionar müşahidə
E) Planlı qaydada xəstəni əməliyyat etmək
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 43 səh.
276) Gecikmiş bitişmə mənşəli bağırsaq keçməməzliyində konservativ müalicə neçə saat aparılmalıdır?
A) 48 -72 saat
B) 6 -12 saat
C) 3 - 6 saat
D) 12 - 24 saat
E) 72 saatdan çox
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,242
277) Diffuz toksik urun müalicəsində qalxanabənzər vəzinin blokadası məqsədilə aşağıdakılardan hansı istifadə edilir?
A) Antibiotiklər
B) Diuretiklər
C) Hərarətsalıcı preparatlar
D) Antihipertehziv preparatlar
E) Tireostatiklər
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 101.
Dostları ilə paylaş: |