449) Aşağıdakılardan hansı ikincili peritonitə səbəb olmur?
A) İnvaginasya
B) Bağırsaq burulması
C) Nefrotik sindrom
D) Peptik xora perforasiyası
E) Appendiks perforasiyası
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 230
450) İnvaginasiya bağırsaq keçməməzliyinin hansı növünə aid edilir?
A) Qarışıq
B) Paralitik
C) Dinamik
D) Obturasion
E) Stranqulyasion
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 80.
451) Erkən dempinq sindroma hansı aid deyil?
A) Ürək nahiyəsində ağrı və taxikardiya
B) Qarında tutmaşəkilli və kəsici ağrılar
C) Qanda şəkərin normadan aşağı düşməsi
D) İshal
E) Qida qəbulundan sonra halsızlıq və zəiflik
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 445.
452) Exinokok kistası qaraciyərin I,II və III seqmentlərində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) 7-8-ci qabırğaarası sahədən torakotomiya
B) Koxer kəsiyi
C) 6-7-ci qabırğaarası sahədən torakotomiya
D) 5-6-cı qabırğaarası sahədən torakotomiya
E) Yuxarı orta laparotomiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
453) Exinokok kistası qaraciyərin IV,V və VI seqmentində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) Yuxarı orta laparotomiya
B) 5- 6 - cı qabırğaarası sahədən torakotomiya
C) Koxer kəsiyi
D) 7 - 8 - ci qabırğaarası sahədən torakotomiya
E) 6 -7- ci qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
454) Exinokok kistası qaraciyərin VII və VIIII seqmentində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) Yuxarı orta laparotomiya
B) Koxer kəsiyi
C) 7-8- ci qabırğaarası sahədən torakotomiya
D) 5–6-cı qabırğaarası sahədən torakotomiya
E) 6–7-ci qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: B A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
455) Ağır formalı dempinq-sindrom zamanı icra olunan rekonstruktiv əməliyyatlardan ən effektlisi hansıdır?
A) Şumaxer üsulu ilə qastroyeyunoduodenoplastika
B) Henley üsulu ilə trunkulyar vaqotomiya+ qastroyeyunoduodenoplastika
C) Sonpault və Buccaili üsulu ilə qastroyeyunoduodenoplastika
D) Henley üsulu ilə trunkulyar vaqotomiya
E) Moroney üsulu ilə qastrokoloduodenoplastika
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 466 .
Dostları ilə paylaş: |