542) İtsenko-Kuşinq sindromu nə ilə xarakterizə olunur?
A) Tireotrop hormonun hiperproduksiyası ilə
B) Progestronun hiperproduksiyası ilə
C) Kortizol və aldosteronun hipoproduksiyası ilə
D) Kortikosteroidlərin hiperproduksiyası ilə
E) Aldosteronun hiperproduksiyası ilə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 186.
543) Qanda qlükozanın konsentrasiyasının artması aşağıdakılardan hansının sekresiyasını stimulyasiya edir?
A) Mədə şirəsinin
B) İnsulinin
C) Prolaktinin
D) Aldosteronun
E) Somatotropinin
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,стр. 265.
544) 12 yaşlı xəstədə birinci dəfə şəkərli diabet aşkar edilmişdir.Ona aşağıdakı preparatlardan hansını təyin etmək lazımdır?
A) İnsulinin sekresiyasına qlükozanın təsirini imitasiya edən preparatlar
B) Alfaqlükozidazların inhibitorları
C) Qaraciyərdə qlükozanın produksiyasını inhibə edən preparatlar
D) Sulfanilsidikcövhəri preparatları
E) İnsulin
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 371.
Dostları ilə paylaş: |