Cərrahiyyədə əlavə müayinə üsulları
555) Mexaniki bağırsaq keçməməzliyinin qarın boşluğunun icmal rentqenoqrafiyasında ən xarakterik əlamətləri hansılardır?
A) Qarın boşluğunda çoxlu miqdarda mayenin olması
B) Çox saylı xırda üfüqi səviyyələr
C) Tək-tək enli üfüqi səviyyələr
D) Mədənin qaz qovuğunun boyük olması
E) Qarın boşluğunda sərbəst qaz
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
556) Hansı sınaq aşağı ətrafların qan təhcizatının pozulmasını təsdiq edən funksional sınaqlara aid deyil?
A) Dırnaq yatağının sıxılması simptomu
B) Oppelin plantar işemiya sınağı
C) Qoldflam sınağı
D) Pançenkonun diz fenomeni
E) Troyanov-Trendlenburq sınağı
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 623 səh.
557) Aşağı ətraf dərin venaların mənfəzinin keçiriciliyi barədə məlumat almaq üçün hansı sınaqlardan istifadə edilir
A) Pratt-2 sınağı
B) Şeynis sınağı
C) Delbe-Pertes (marş), Pratt-1 sınaqları
D) Hakkenbrux sınağı
E) Talman sınağı
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 653.
Onkologiya
558) Mədə xərçənginə görə mədənin subtotal rezeksiyasında mədə - mədaltı bağı nə etmək lazımdır?
A) Hissəvi kəsilir
B) Toxunulmur
C) Bağlanmalıdır
D) Mütləg deyil
E) Tam çıxarılmalıdır
Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
Dostları ilə paylaş: |