720) «Göy fleqmaziyanın» təyinedici klinik əlamətləri hansılardır?
A) Ətrafın dərialtı venaların şişməsi ilə müşayiət olunan ödemi
B) Ətraflarda magistral venalar boyunca kəskin ağrı ilə müşayiət olunan ödem
C) Ətrafın distal şöbələrində sianoz, ödem, ağrı və qanqrenanın olması
D) Ətrafın ödemi və periferik arterial damarlarda kəskin zəifləmiş nəbz
E) Bütün aşağı ətrafın sağrı və qasıq nahiyəsinə yayılmış ödemi
Ədəbiyyat: А.А.Русанов. Аппендицит. «Медицина», Ленинград, 1979. с.174.
721) Magistral arteriyaların kəskin keçməməzliyi olan xəstələrdə ətrafların total əzələ kontrakturası aşkar edildikdə aşağıdakılardan hansı göstərişdir?
A) Ətrafın «arteriya-vena» sistemi ilə perfuziyasından sonra arterial qan dövranının bərpa edilməsi
B) Ətrafın amputasiyası
C) 200-300 ml həcmdə venoz qanburaxmadan sonra arterial qan dövranının bərpası
D) Arterial qan dövranının birincili bərpası
E) Arterial qan dövranının bərpası və fassiotomiya
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
Dostları ilə paylaş: |