780) Kəskin işiorektal paraproktitdə aşağıdakılardan hansı göstərişdir?
A) absesin punksiyası və boşluğun yuyulması üçün drenajın qoyulması
B) irinliyin punksiyası və antibiotiklərin yeridilməsi
C) bağırsaq mənfəzindən keçməklə irinliyin açılması
D) aralıqdan, büzdüm-düz bağırsaq bağını kəsməklə irinliyin açılması
E) absesin açılması, drenləşdirilməsi, anal kanalda kriptanin kəsilib götürülməsi
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с.536
781) Hemorroidektomiyadan sonra ən çox rast gəlinən ağırlaşmalar hansılardır?
1. kəskin ağrı sindromu
2. sidik ifrazının ləngiməsi
3. perianal ödem
4. qanaxma
5. kəskin paraproktit
A) 2, 4, 5
B) 3, 4, 5
C) 1, 3, 5
D) 1, 2, 3
E) 1, 2, 4
Ədəbiyyat: Б.Л.Канделис. Неотложная проктология. Эстония, 1980. с.92
782) S-ə bənzər Çənbər bağırsağın xərçənginin ən çox rast gəlinən ağırlaşması nədir?
A) profuz bağırsaq qanaması
B) S-ə bənzər Çənbər bağırsağın iltihabı
C) şişin müsariqəyə penetrasiyası
D) şişin perforasiyası
E) bağırsaq keçməməzliyi
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 520
Dostları ilə paylaş: |