390) Qastroduodenal qanaxmaların residiv ehtimalı hansında daha çox olur?
A) Kallyoz xorada
B) Xora dibində diametri 0,1 sm-dən böyük tromblaşmış damar olarsa
C) Selikli qişanın səthi eroziyalarında
D) Çapıqlaşan xorada
E) Penetrasiya edən xorada
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
391) Mədə xərçəngi həmişə haraya metastaz verir?
A) Ağ ciyərlərə
B) Qara ciyərə
C) Regionar limfa düyünlərə
D) Periton boyunca
E) Sümüklərə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
392) Mədə xərçənginin uzaq metastazlarına hansılar aiddir?
A) Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz
B) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz
C) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, mədə-mədəaltı vəzi bağına metastaz
D) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı
E) Ağ ciyərə metastaz, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz
Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
Dostları ilə paylaş: |