460) Appendisit əlamətləri olan xəstədə sarılıq da var. Diaqnoz nədir?
A) Mezodenit
B) Hepatit B
C) Peritonit
D) Pilefilebit
E) Pankreas başı xərçəngi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 34.
461) Aşağıdakılardan hansı mədənin bağı deyil?
A) Liq.pyloropancreatikum
B) Liq.qastrorenale
C) Liq.qastrolienale
D) Liq.qastrocolicum
E) Liq.qastrophrenicum
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 718.
462) Sol mədə arteriyası ilə mədənin kiçik əyriliyində anastomozlaşan arteriya hansıdır?
A) Dalaq arteriyası
B) Qarın kötüyü
C) Sol mədə - piylik arteriyası
D) Sağ mədə arteriyası
E) Sağ mədə piylik arteriyası
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 720.
Dostları ilə paylaş: |