709) Sellakobezoar nədir?
A) Tərkibi kətan və yun saplar olan bezoar
B) Tərkibi heyvani yağlar( keçi, qoyun piyi, sala) olan bezoar
C) Tərkibi qətran olan bezoar
D) Tərkibi müxtəlif laklar olan bezoar
E) Tərkibi saçlar olan bezoar
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 185.
Bölmə Qarışıq. OPERATİV CƏRRAHİYYƏ
710) Ağciyər arteriyasının tromboembaliyası zamanı dəri və selikli qişa örtüklərinin göyərməsi və şişkinliyinin daha artıq dərəcədə bədənin yuxarı hissəsində (boyun və döş nahiyəsində, yuxarı ətraflarda) baş verməsi nə ilə izah olunur?
A) arterial təzyiqin kəskin surətdə artması ilə
B) kiçik qan dövranında pozğunluğun baş verməsi ilə
C) ürək fəaliyyətinin pozulması ilə
D) yuxarı boş venada qapaqların olmamağı ilə
E) venoz təzyiqin aşağı düşməsi ilə
Ədəbiyyat: K.Ə.Balakişiyev. İnsanın normal anatomiyası. «Maarif», Bakı, 1979.
Dostları ilə paylaş: |