886) Virxov metastazı termini altında nə anlaşılır?
A) yumurtalıqlara metastaz
B) ağciyərlərə metastaz
C) sol körpüçüküstü limfa düyününə metastaz
D) göbəyə metastaz
E) kiçik çanağın toxumasına metastaz
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
887) Mədənin cisminin xərçəngində hansı cərrahi əməliyyatı aparmaq lazımdır?
A) qastrektomiya
B) mədənin rezeksiyası
C) mədənin subtotal rezeksiyası
D) qastroenteroanastomozun qoyulması
E) mədənin proksimal rezeksiyası
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
888) Bilio-pankreatoduedonal zona üzvlərindən hansı xərçənglə daha çox zədələnir?
A) fater məməciyi
B) qaraciyərdən kənar öd çıxarıcı yolları
C) mədəaltı vəzi
D) öd kisəsi
E) 12-barmaq bağırsaq
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
Dostları ilə paylaş: |