903) Operasiyadan qabaq aparılan şüa müalicəsinin məqsədləri:
A) şişin ölçülərinin kiçilməsi
B) şişin ölçülərinin kiçilməsi, residiv və metastazların qarşısının alınması
C) xəstənin vəziyyətinin yaxşılaşması
D) immobilizasiyanın asanlaşması, cərrahi əməliyyata kömək
E) residivlərin profilaktikası
Ədəbiyyat: B.Ə.Baxşıyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
904) Ağır vəziyyətdə olan xəstəyə ilkin yardım məqsədilə hansı tədbirlər vacibdir:
A) reanimasion tədbirlər
B) dərinin dezaktivasiyası
C) hemosorbsiya
D) qusma əleyhinə tədbirlər
E) radioprotektorun qəbulu
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва, 1986.
905) Kəskin şüa xəstəliyi zamanı hansı sistem tərəfindən kliniki əlamətlər mütləqdir:
A) həzm sistemi
B) immun sistem
C) ürək damar sistemi
D) qanyaradıcı sistem
E) mərkəzi sinir sistemi
Ədəbiyyat: B.Ə.Baxşiyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
906) Kəskin şüa xəstəliyi zamanı periferik qanın analizində ilk növbədə miqdarı azalır:
A) limfositlərin
B) neytrofillərin
C) leykositlərin
D) trombositlərin
E) eritrositlərin
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва , 1986.
Dostları ilə paylaş: |