855) Hansı əlamət qarın yatalağı üçün xarakterdir?
A) Qalça bağırsaqda (ileosekal bucaq başlayaraq) fibrinoz iltihab
B) Qarın yatalağı enterokoliti
C) Bağırsağın örtük epitellərində hidropik distrofiya
D) Peyer yastıqcıqlarının beyinvari şişkinləşməsi
E) Difteritik kolit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
856) Qarın yatalağının ağırlaşması hansıdır?
A) Endometrit
B) Meningit
C) Bağırsaq qanaxması
D) Orxit
E) Böyrəyin amiloidozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
857) Dizenteriyanın ikinci mərhələsində hansı dəyişikliyə rast gəlinmir?
A) Yoğun bağırsağın divarındakı limfoid follikullarda “beyinvari şişkinləşmə”
B) Selikli qişada yayılmış nekroz ocaqları
C) Bağırsağın sinir-əzələ aparatında distrofik və nekrotik dəyişikliklər
D) Yoğun bağırsaqda fibrinoz iltihab
E) Bağırsaq divarında ocaqlı limfo-histiositar infiltratlar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |