Patoloji anatomiya



Yüklə 0,87 Mb.
səhifə183/325
tarix26.12.2016
ölçüsü0,87 Mb.
#3379
1   ...   179   180   181   182   183   184   185   186   ...   325
529) Pileflebit nədir?

A) Qapı venasının iltihabı

B) Yenidoğulmuşlarda sepsis zamanı Botal axacağının iltihabı

C) Dərin magistral venaların iltihabı

D) Venaların xarici adventisiya qatının iltihabı

E) Venoz damarların irinli iltihabı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
530) Aşağıda sistem vaskulitlərin hansı qrupu göstərilmişdir?

A) Total vaskulitlər

B) Birincili vaskulitlər

C) Panvaskulit

D) Yerli vaskulitlər

E) Yayılmış limfangit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
531) Xəstəliyin ikinci mərhələsində aortanın və ondan ayrılan iri arteriyaların divarında proliferativ toxuma reaksiyası inkişaf edir, çoxnüvəli giqant hüceyrələr olan qranulomalar meydana çıxır (proliferativ qranulomatoz panvaskulit). Bundan sonra isə bu damarların divarında sklerozla müşaiyət olunan üçüncü mərhələ başlanır. Düzgün diaqnoz hansıdır?

A) Vegener qranulomatozu

B) Sifilitik mezaortit

C) Şönleyn-Genox sindromu

D) Takayasu sindromu

E) Herpetik aortoarteriit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
532) Müayinə zamanı yuxarı tənəffüs yollarında və bronxlarda, ağ ciyər və böyrək toxumalarında orta və kiçik kalibrli arterial və venoz damarlarda (xüsusilə də ağ ciyərlərdə) sistem şəkildə nekrotik və proliferativ dəyişikliklər – qranulomatoz vaskulit müəyyən edilir. Hansı diaqnoz daha düzgün olardı?

A) Vegener qranulomatozu

B) Skleroma xəstəliyi

C) Xorton xəstəliyi

D) Saqqo

E) Qripin ağırlaşması kimi qranulomatoz vaskulitlərin inkişafı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
533) Klinikada şiddətli baş ağrıları və görmə qabiliyyəti get-gedə zəifləməkdə olan 55 yaşlı xəstənin gicgah arteriyasının divarından götürülmüş bioptatda mikroskopik müayinə zamanı qranulomatoz panvaskulit aşkar olunur. Tuberkuloid tipli bu qranulomaların tərkibində limfo-leykositar infiltrasiya, çoxnüvəli giqant hüceyrələr görünür. Bu, hansı xəstəlikdir?

A) Xorton xəstəliyi

B) Şönleyn-Genox sindromu

C) Obliterasiyaedici tromboangit

D) Takayasu sindromu

E) Bürger xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
534) 40 yaşlı siqaret çəkən kişi aşağı ətraflarda ağrı və keyləşmələr, fasiləli axsama və tez yorulma şikayətləri ilə klinikaya müraciət edir. Aşağı ətrafın orta kalibrli venoz damarlarından götürülmüş bioptatda xəstəliyin ikinci mərhələsi üçün xarakter olan proliferativ panvaskulit müşahidə edilir: bütün qatlarda, hətta divarönü tromb kütlələrində belə qranulomalar qeyd edilir. Bu, hansı xəstəlikdir?

A) Qeyri-spesifik aortoarteriit (Takayasu arteriti)

B) Baldır venasının aterosklerozu

C) Baldırın orta kalibrli damarlarının reaktiv tromboflebiti

D) Temporal arterit (Xorton xəstəliyi)

E) Obliterasiyaedici tromboangit (Bürger xəstəliyi)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
535) Mikroskopik müayinə zamanı ürəyin xarici qatında diffuz limfo-leykositar infiltrasiya ilə yanaşı çoxlu miqdarda fibrin telləri də görünür. Belə ürək makroskopik görünüşünə görə necə adlanır?

A) Pələng ürək

B) Tüklü ürək

C) Öküz ürəyi

D) Fibrinoz ürək

E) Fibrinoid ürək


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin