79) Aşağıdakı hansı maddə ekzogen piqmentdir?
A) Kömür piqmenti
B) Ferritin
C) Qızılı piqment
D) Hemosiderin
E) Qocalıq piqmenti
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
80) Aşağıdakı hansı xəstəlik irsi qlikogenozlara aiddir?
A) Nimann-Pik xəstəliyi
B) Erlixin irsi qlikogeniti
C) İrsi proteinoz
D) Pompe xəstəliyi
E) Tey-Saks xəstəliyi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
81) Aşağıdakı hansı xəstəlik irsi parenximatoz lipidozlara aiddir?
A) Fankoninin irsi liposklerozu
B) Tey-Saks xəstəliyi
C) İrsi lipokalsinoz
D) Vilson xəstəliyi
E) Talassemiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
82) Aşağıda göstərilən hansı patologiya parenximatoz piy distrofiyalarına aiddir?
A) “Qaz qara ciyəri”
B) Piylənmə xəstəliyi
C) Ürəyin konsentrik hipertrofiyası
D) “Öküz ürək”
E) “Piyli dalaq”
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |