195) Hansı adda emboliya növü yoxdur?
A) Dölyanı maye emboliyası
B) Mikrob emboliyası
C) Trombemboliya
D) Limfa emboliyası
E) Yad cisim emboliyası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
196) Ağ ciyərin boz indurasiyası zamanı ağ ciyər toxumasında hansı piqment toplanmış olur?
A) Lipofussin
B) Melanin
C) Boz piqment
D) Qızılı piqment
E) Hemosiderin
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
197) Ağ ciyər arteriyasının şaxələrinin xırda ölçülü tromblarla emboliyası adətən nə ilə nəticələnir?
A) Kəskin sağ mədəcik çatışmazlığı nəticəsində qəfləti ölüm
B) Ağ ciyərlərdə çoxlu infarkt ocaqları və xəstələrdə asfiksiya
C) Kəskin yerli arterial hiperemiya
D) Pulmo-koronar refleks nəticəsində qəfləti ölüm
E) Xroniki ağ ciyər - ürək çatışmazlığı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |