Maddə 434. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi
Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə -
vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər on iki min manat məbləğində cərimə edilir.[57]
Maddə 435. Əmanətlərin sığortalanması qaydalarının pozulması
Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə ödənişlərin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə -
vəzifəli şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.[58]
Dostları ilə paylaş: |