Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 551. İxrac nəzarətini həyata keçirən orqanların fəaliyyətinə mane olma



Yüklə 329,99 Kb.
səhifə359/392
tarix26.12.2016
ölçüsü329,99 Kb.
#3707
1   ...   355   356   357   358   359   360   361   362   ...   392
Maddə 551. İxrac nəzarətini həyata keçirən orqanların fəaliyyətinə mane olma

 

551.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və ya sonra yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud yoxlayıcıların yoxlama yerinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-



fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

551.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və məlumatların ixrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan orqanlara verilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

 


Yüklə 329,99 Kb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   392




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin