HÜCEYRƏARASI ƏLAQƏLƏR
Epitel hüceyrələrinin bir-birinə baxan, bayır sə thlərində təsadüf edilən ixtisaslaş mış struktur elementlər əsasən hüceyrəarası əlaqələ rin tərkibinə daxil edilirlər. Üç növ hüceyrəarası əlaqə olduğu qeyd olunur: sıx (qapayıcı), bağlayıcı (yapışdırıcı, adheziv) və kanaləmələgətirici (birləşdirici, kommunikasion). Sadalanan əlaqə formalarının hamısı onlara məxsus olan xüsusi zülalların iştirakı ilə formalaşırlar. Hüceyrəarası əlaqələr haqqında ətraflı məlumatlar nazik bağırsaqların selikli qişasının tək-qatlı silindirəbənzər epitelinin nümunəsində veriləcəkdir.
Elektron mikroskopik olaraq sıx əlaqələr səviyyəsində qonşu hüceyrələr arasında plazmolemmaların xarici qatları , ancaq öpüşmə nöqtələri (kissing points) adlandırılan yerlərdə, xüsusi zülalların vasitəsi ilə bir-birləri ilə fasiləsiz olaraq tam bitişirlər.
Nəzərə alınmalıdır ki, sıx əlaqə lərin formalaşmasında iştirak edən zülal molekullarının yan-yana düzülərək əmələ gərirdikləri sıx əlaqə sapları hüceyrələrin bayır səthlərini hər tərəfdən əhatə edirlər. Ona görə də silindirə və kubabənzər hüceyrələrin zirvəsi yaxınlığında, yastı hüceyrələrdə (məs. endotel və perinevral hüceyrələrdə) isə onların bayır səthlərini bütövlükdə hər tər əfdən əhatə edən zolaqşəkilli (kəmərşəkilli) hüceyrəarası əlaqə formalaşır. Ona görə də onları qapayıcı zona (zonula occludens - ZO) adlandırırlar.
Dostları ilə paylaş: |