Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə14/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   10   11   12   13   14   15   16   17   ...   128
2 5379791321034655986

EPİTEL TOXUMASI (TEXTUS EPİTHELİALİS)
Epitel toxuması və ya epitel, əsas toxuma növlərindən biridir. Bu toxuma orqanizmin daxili və xarici mühiti arasında hüdud təşkil etdiyindən hüdudi toxuma da adlanır. Belə ki, epitel toxuması orqanizmin xarici səthini, seroz boşluqların, habelə bütün boşluqlu orqanların daxili səthini örtür. Epitelin bu növü çox vaxt örtük epiteli də adlanır. Bunlardan əlavə epitel toxuması vəzilərin quruluş əsasını təşkil edir. Həmin epitelə isə vəzi epiteli də deyilir.

Epitel toxuması epitel hüceyrələrindən təşkil olunmuş və aşağıdakı morfoloji xüsusiyyətləri ilə digər toxumalardan fərqlənir: 1) epitel hüceyrələri bir-birinə çox sıx yerləşərək lay əmələ gətirir; 2) epitel hüceyrələri ə sas zar və ya bazal zar üzərində yerləşir; 3) epitel hüceyrələri polyarlıq (qütblük) xüsusiyyətinə malikdir, bel ə ki, bu hüceyrələrin əsas zara t əmas edən proksimal (bazal) hissə si onun digər distal (apikal) hissəsindən quruluşca fərqlənir; buna görə də onların əmələ gətirdiyi laylar da polyarlıq


6

qabiliyyətinə malik olur; 4) epitel toxumasında qan damarlar ı yoxdur və qidalanması əsas zarın altındakı kövşək birləşdirici toxuma hesabına olur; 5) epitel toxuması daima mexaniki və kimyəvi təsirlərə məruz qaldığından yüksək regenerasiya qabiliyyətinə malikdir.



Epitel vasitəsi ilə orqanizmlə mühit arası nda mübadilə prosesləri gedir. Bu toxuma mühafizə, sorulma, sekresiya və ekskresiya vəzifələrini də görür. Mühafizə və sorulma vəzifələrini örtük epiteli, sekresiya vəzifəsini isə vəzi epiteli icra edir.

Mə nşə cəhətdən ektodermal, entodermal və mezodermal epitel, morfo-funksional cəhətdən isə dəri, bağırsaq və böyrək epiteli, selomik və ependimoqlial epitel ayırd edilir. Epitelin qeyd olunan hər növü özünəməxsus quruluş xüsusiyyətinə malik olur. Bel ə ki, o daşıdığı spesifik funksiyaya uyğunlaşmışdır. Məsələn, dəri epiteli mühafizə vəzifəsi daşıdığından çoxqatlı quruluşa malikdir, əksinə sorulma prosesinə uyğunlaşan bağı rsaq epiteli birqatlıdır. Epitel toxumasının müasir təsnifatı başlıca olaraq onun quruluş xüsusiyyətlərinə əsaslanır. Bu cəhə tdən birqatlı və çoxqatlı epitel, habelə sonuncunun bir növü olan keçid epiteli ayırd edilir. Birqatlı və çoxqatlı epiteli bir-birindən ayıran başlıca xüsusiyyət onların hüceyrələrinin əsas zara topoqrafik münasibətidir. Əgər epitelin bütün hüceyrələri əsas zara təmas edirsə, ona birqatlı epitel deyilir [1, s. 87, şək. 11.1]. Çoxqatlı epiteldə hüceyrələrin yalnız bir aş ağı qatı bilavasitə əsas zar üzərində yerləşir. Qalan hüceyrə qatları əsas zardan altdakı qatın hüceyrələri vasitəsi ilə ayrılır. Bundan əlavə, epitel toxuması hüceyrələrinin formalarına görə də müxtəlif qruplara bölünür. Epitel hüceyrələri ba şlıca olaraq yastı, kubabənzə r və silindrik formada ola bilər. Sonunculara bəzən prizmatik hüceyrələr də deyilir. Birqatlı epiteldə hüceyrələrin forması çox vaxt eyni olur, məsələn, birqatlı yastı epiteldə bütün hüceyrələr yastı olur, birqatlı silindrik epiteldə isə hüceyrələrin hamı sı silindr şəklində olur. Lakin birqatlı epiteldə hüceyrələr müxtəlif formada da ola bilər. Belə halda onların nüvələri eyni səviyyədə yerləşmir və nəticədə nüvələ r bir neçə sıra əmələ gətirir. Bu növ epitelin bütün hüceyrələri əsas zara t əmas etdiyindən birqatlı adlansa da, nüvəl ərin əmə lə gətirdiyi sıralara görə çoxsıralı adlanır. Buna görə birqatl ı epitel birsıralı və çoxsıralı qruplara bölünür. Birqatl ı birsıralı epiteldə bütün hüceyrəl ər eyni formada və nüvələri eyni sə viyyədə olduğundan onlar izomorf epitel də adlanır (yunanca isos – “eyni”). Birqatlı çoxsıralı epitelə isə anizomorf epitel də deyilir (burada an - inkar mənasındadır). Çoxqatlı epiteldə isə hüceyrələ r eyni formada olmur, adətən aşağı qatın hüceyr ələri silindr və ya kubabənzər formada olur, yuxarı qatlara doğru hüceyrələ rin hündürlüyü azalır və səthi qat hüceyrələri çox vaxt yastı olur. Belə halda çoxqatlı epitel formaca təsnif olunarkən səthi qatın hüceyrələri əsas götürülür. Məs.: çoxqatlı epitelin sə thi qatı yastı hüceyrələrdən təşkil olunduğundan ona çoxqatlı yastı epitel deyilir. Bədənin müxtə lif yerlərində çoxqatlı epitelin səthi qat hüceyrələri keyfiyyətcə bir-birindən fərqlənir. Bəzi yerlərdə həmin qatın hüceyrələri buynuzlaşamaya uğrayır, hüceyrə şə klini itirərək yastı pulcuqlara çevrilir. Belə epitelə çoxqatlı yastı buynuzlaşan epitel deyilir. Səthi qatın hüceyrələri buynuzlaşmaya uğramayan epitelə isə çoxqatlı buynuzlaşmayan epitel deyilir. Özünün quruluş xüsusiyyətinə görə digər çoxqatlı epiteldən fərqlənən, müxtəlif şəraitdə öz zahiri görnüşünü dəyişər ək, gah yastılaşıb, gah da hündürləşən çoxqatlı epitelin digər forması keçid epiteli adlanır . Keçid epiteli öz həcmini dəyişən orqanlarda (məs.: sidiklikdə) təsadüf olunur, çünki belə orqanın divarı onun üzərinə düşə n təzyiqdən asılı olaraq müxtə lif də rəcədə dartılır, nə ticədə epitel qatın forması dəyişir. Formasından asılı olmayaraq epitel toxumasının əsas struktur elementi onun hüceyrələridir. Bu toxumada hüceyrələrin arasında demək olar ki, ara maddə olmur. Bunu nəzərə alaraq epitel toxumasının təsvirinə onun hüceyrələrini öyrənməklə başlayırıq.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin