Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə61/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   57   58   59   60   61   62   63   64   ...   128
2 5379791321034655986

Retikulyar liflər ( fibrae reticulares)
Kövşək birləşdirici toxumanın strukturlarındandır, gümüşləmə metodu ilə aşkar edilir, ona görə də bunlar bəzən argirofil liflər(yunanca argyros - gümüş ) də adlanır. Belə preparatlarda retikulyar liflər müxtəlif istiqamətdə gedə n və incə tor əmələ gətirən qara nazik liflər şəklində görünür [1, s. 116, şək.13.7]. Retikulyar liflər başlıca olaraq qanyaradıcı orqanlarda, qan damarları, xüsusilə kapilyarlarların ətrafında, habelə əzələ və sinir lifləri, piy hüceyrələri, ağciyər alveolları ətrafında və əsas zarda təsadüf olunur.

Əsl retikulyar liflərdən ə lavə argirofil liflər qrupuna bir də prekollagen liflər aiddir. Əsil retikulyar liflər definitiv xarakterli sabit liflərdir, digər liflərə çevrilmir. Prekollagen liflər isə gələcəkdə kollagen liflərə çevrilir, deməli bu liflər müvəqqəti (provizor) xarakter daşıyır. Prekollagen liflər başlıca olaraq birləşdirici toxumanın inkişafı və degenerasiyası zamanı müşahidə edilir.

Kimyəvi cəhətdən retikulyar liflər kollagen liflərin bir növü olub, III tip kollagendən təşkil olunurlar. Retikulyar liflərdə lipidlər, doymamış yağ turşuları, qliko və mukoproteid tipli polisaxaridlər daha çoxdur. Qlikozaminoqlikanlardan, yalnız B tipli xondroitinsulfat turşusu olur. Retikulyar liflər zəif turşulara və qələ vilərə qarşı davamlıdır, tripsinin təsirindən ərimir. Cox şaxələnirlər, bir-biri ilə anastomozlaşırlar. Tipik kollagen liflərindən fərqli olaraq, nisbətən nazikdirlər, suda şişmə qabliyyəti yoxdur.
Elektron mikroskopu vasitə silə retikulyar liflərin ə sasının köndələn cizgili mikrofibrillərdə n ibarət olduğunu müəyyənləşdirilmişdir, bu fibrillərin cizgiləri arasındakı məsafə 64 nm-ə bərabərdir, onların diametri isə 40 nm-dir. Köndələn cizgili mikrofibrillər bir-biri ilə fibronektin (matriks) vasitəsi ilə çox möhkəm bitişir. Sementləyici maddə elektron mikroskopunun göstərdiyi ikinci komponentdir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin