Elastik liflər (fibrae elasticae)
Elastik liflər kövşək birləş dirici toxumada kollagen liflərin aras ında yerləşərək, şaxələnmələri və turş boyaqlarla pis rəngləmə ləri ilə fərqlənir. Onlar xüsusi boyaqlarla (orsein, rezorsin-fuksin, rezorsin-safranin və s.) r ənglənir və kövşək birləşdirici toxuma preparatında bir-biri ilə anastomozlaş araq enli ilgəkli tor əməl ə gətirir [1, s. 103, 104, şək. 12.1 və 12.2]. Liflər homogen görünür. Elastik liflər kollagen liflərdən fərqli olaraq asan dartılır. Lakin möhkəmlikləri xeyli azdır. Onlar kollagen liflər üçün başl ıca olaraq amortizator vəzifə sini ifa edərək, toxumanın elastikliyini tə min edir. Elastik liflər zəif turşu və qələvi mə hlullarına qarşı çox möhkəmdir, bu maddələrin təsirindən şişmir və qaynatdıqda ərimir. Lakin pepsin və tripsinin təsirindən asan əriyir.
Elastiki liflər elastin və fibrillin zülallarından təşkil olunurlar. Yetkin elastik liflərin əsası nı 90%-elastin adlı zülal t əşkil edir. Elastin zülalı qlobulyar zülaldı r, dartılma qabliyyəti vardır. Elastin molekulları bir biri ilə əlaqələnərək elastin protofibrilini əmələ gətirirlər. Protofibrillər də birləşərək elastik lifin əsasında duran homogen amorf komponenti təşkil edirlər.
Elastik liflərin tərkibində olan fibrillin isə qlikoproteindir, elastik mikrofibrilləri təşkil edərək elastiki lif üçün karkas əmə lə gətirir. Elastik liflərin yetkinlik dərəcəsi tərkibindəki mikrofibrillinin miqdarından asılıdır. Belə ki, oksitalan liflər yalnız mikrofibrillindən təşkil olunurlar. Elastin zülallarının lifin tərkibinə toplanması nətic əsində əvvəlc ə tərkibində 50% elastin olan elaunin lifləri, sonra isə elastinin miqdarı artdıqca (90%) yetkin elastiki liflər formalaşır.
Elastinin tərkibində qlikozaminoqlikanlardan 0,5-2,0%-ə qədər xondroitinsulfat turşları vardır. Elastin molekulları pərakəndə yerləşərək xüsusi orientasiyaya malik deyildir.
Elektron mikroskopu elastik liflərin olduqca nazik fibrillərdən (protofibrillərdən) təşkil olunduğunu müəyyən etmişdir. Bunların qalınlığı 3,0-4,0 nm-ə bərabərdir. Bu protofibrillər bəzən qıvrımlar əmələ gətirərsə də, köndələn cizgiliyə malik deyildir.
Dostları ilə paylaş: |