Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə72/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   68   69   70   71   72   73   74   75   ...   128
2 5379791321034655986

Piqmentli toxuma (textus conjunctivus pegmentosus)
Birləşdirici toxumanın bu növündə çoxlu miqdarda piqment hüceyrələri, yəni melanositlə r olur. Bu toxumaya süd məməciklərinin, xayalığın və anusun ətrafındakı dəridə, habelə gözün qüzehli qişasında təsadüf olunur.
Makrofaqlar sistemi (retikuloendotelial sistem)
Birləşdirici toxumanı n ayr ı-ayrı növlərinin təsviri göstərdi ki, orqanizmin bu və ya digə r növ birləşdirici toxumasına aid olan müəyyən qrup hüceyrələr faqositoz qabiliyyətinə malikdir, yəni onlar hüceyr ənin ətraf mühitində n kolloid hissəciklərini tutub sitoplazmalarında dənələr şəkilində toplamağa, habelə mikroorqanizmləri, yad cisimləri, ölmüş hüceyrə hissəciklərini udmağa qabildir. Mübadilə prosesində fəal iştirak edən bu hüceyrələr orqanizmdə, eyni zamanda mühüm mühafizə əhəmiyyəti daşıyır. Mezenxim mənşəli toxumalara mə nsub olan bütün bu hüceyrələrin cəminə makrofaqlar sistemi, və ya retikuloendotelial sistem deyilir. Makrofaqlar sistemi terminini ilk dəfə İ.İ.Mecnikov təklif
40

etmişdir; daha sonra alman patoloqu Aşorf bu sistemə retikuloendotelial sistem adı vermişdir. Birinci termin bu sistemə aid olan hüceyrələ rin fəaliyyətinə əsaslanı r, ikinci termin isə morfoloji prinsipə əsaslanaraq həmin hüceyrələrin mənsub olduğu toxuma növlərini bildirir.



Makrofaqlar sisteminə kövşək birləşdirici toxumanın makrofaqları, qanyaradıcı orqanların faqositoz qabiliyyətinə malik retikulyar hüceyrələri, qaraciyər kapilyarlarının ulduzabənzər (Kupfer) hüceyrələri, qanyaradıcı orqanların sinusoid tipli qan kapilyarlarını örtən hüceyrələr (sahil hüceyrələri), böyrəküstü vəzi və hipofiz kapilyarlarının endotel hüceyrələri, ağciyərin "toz" hüceyrələri aiddir. Makrofaqlar sistemi orqanizmin həm ümumi və həm də yerli mühafizə reaksiyaları nda çox böyük rol oynayır; belə ki, onlar orqanizmə düşən mikroorqanizmləri və digər yad cisimləri, zəhərli maddələri və s. zərərsizləşdirir. Makrofaqlar immuntetin yaranmasında bilavasitə iştirak edir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin