Ümumi Melumat → baki haqqinda məlumat



Yüklə 68,69 Kb.
tarix28.12.2021
ölçüsü68,69 Kb.
#10388

Ümumi Melumat → BAKI HAQQINDA MƏLUMAT

  • 27.08.2012 / 21:06

 • 

  • [Ram]

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.


Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda Ardı »

Ümumi Melumat → Azərbaycan Respublikasının Gerbi


  • 09.12.2014 / 15:54

 • 

  • Aziza

Dövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir olunan fərqləndirici nişanı Dövlət gerbidir. Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il mayın 1-də qurtarmalı idi.
Müsabiqə XalqCümhuriyyətinin rəmzlərinin, orden və medallarının ilk nümunələrinin meydana çıxmasını sürətləndirdi. Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi, əsrin əvvəllərində yaşayıb-yaratmış "Molla Nəsrəddin"çi rəssamlardan Ə.Əzimzadənin,O.Şmerlinqin, İ.Rotterin, R.Telinqaterin yaradıcılığına xas üslub xüsusiyyətləri diqqəti cəlb edir.
Azərbaycan gerbi1991-ci ildə Azərbaycan Respublikasının yeni Ardı »

Ümumi Melumat → Justice for Khojaly ( Xocalıya ədalət)



  • 09.12.2014 / 15:53

 • 

  • Aziza

25 Fevral 2011-ci il Böyük Britaniyada olan Azərbaycanlılar və Azərbaycanın dostları birləşərək Londonda keçirilən "Justice for Khojaly, Freedom for Karabakh" - Xocalıya Ədalət kompaniyasının ənənəvi sülh xarakterli etiraz aksiyasında aktiv şəkildə iştirak etdilər. Aksiya sessiz marş və static demonstrasiya şəklində Trafalqar Meydanında 11:00-13:00 saatlarında iki saat olmaqla başladı. London aksiyası York Azərbaycan Cəmiyyətinin sədri Ramin Həkimov, London Metropolitan Azırbaycan cəmiyyətinin sədri Cavid Qədimov və London Azərbaycan Evinin sədri Sənan Əliyev tərəfindən təşkil olunmuşdur. Aksiyanın təşkil olunmasında Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Xaricdə Təhsil alan və məzun olmuş gənclərin İctimati Birliyi Forumu-nun böyük dəstəkləri olmuşdur.Justice for Khojaly

Sülh xaraketri daşıyan etriaz aksiyasında Ardı »

Ümumi Melumat → Azərbaycan haqqında bunu hamı bilməlidir


  • 09.12.2014 / 15:52

 • 

  • Aziza

Azərbaycan –öz sahəsi və əhalisinə görə Zaqafqaziyanın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Onu şimaldakı qonşusu olan Rusiyadan Böyük Qafqaz sıra dağları ayırır, şimal-qərbdə o, Gürcüstanla həmsərhəddir, Kiçik Qafqaz sıra dağları onu qərbdə Ermənistandan, cənubda isə İrandan ayırır, cənub-qərbdə onu İrandan həmçinin, Talış dağları ayırır. Dəniz sərhədi Azərbaycanı Qazaxıstan və Türkmənistandan ayırır.

Ölkənin ən sıx əhalisi olan rayonları Abşeron yarımadası, Lənkəran ovalığı və Şirvan düzənliyidir. Burada əsasən pambıqçılıq rayonları yerləşən yarımsəhra Kür-Araz ovalığından fərqli olaraq bir çox növ meyvələr yetişir.

Müxtəlif növ təsərrüfatların inkişafına respublikada müxtəlif təbiət şəraitlərinin mövcudluğu səbəb olur, çünki burada iqlim qurşaqları isti və rütubətli Ardı »

Ümumi Melumat → Atəşgah



  • 09.12.2014 / 16:17

 • 

  • Aziza

Alovun küləklə “oynadığı” yer
Tarixi mənbələrdə yazıldığına görə, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqədəs ziyarətgahdır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.
Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir.
Hazırda bu məkan hər tərəfdən neft buruqları ilə əhatə olunub. Abidənin tikildiyi yerin relyefi düzənlikdir. Tarixçilərin yazdığına görə, hücrələr və ibadətgah XVII-XIX əsrlər ərzində, müxtəlif vaxtlarda tikilmişdir. Hücrələr XVII əsrin sonlarında ümumi hasara alınmışdır. Belə güman olunur ki, "Atəşgah" Bakıya gələrək burada məskunlaşan və əslən şimali Hindistandan Ardı »

Ümumi Melumat → İvanovka



  • 10.12.2014 / 11:08

 • 

  • Aziza

İvanovka (rus. Ивановка) – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Sovet dövrüdən ölkədə qalan tək kolxoz.

İvanovka İsmayıllı rayonunun mərkəzindən 12-14 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir.Kəndin əsası 1847 – cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur.

Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə qoyulmuşdur. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar.

Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron ATS var.

930-cı ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi «kolxoz» quruldu və o bu günki günə kimi öz fəaliyyətini davam etdirir. Ardı »

Ümumi Melumat → Udinlər



  • 09.12.2014 / 16:50

 • 

  • Aziza

Özlərini «uti» alandıran udinlər Azərbaycan Respublikasının Qəbələ rayonunun Nic kəndində, Oğuz rayonunun mərkəzində, habelə Gürcüstan Respublikasının Oktomberyan rayonunun Zinobyan kəndində məskunlaşmışlar. Qarabağın Dağlıq hissəsində yaşamış udinlər isə XIX yüzilliyin əvvəllərinlə İran və Türkiyədən buraya köçmüş və ermənilər tərəfindən assimilyasiyaya uğraılmış, yəni erməniləşmişdilər. Ümumi sayları 8 minə yaxındır. Qriqoryan udinlərin ad və familiyaları ermənilər, provaslav udinlərinin ad və familiyaları gürcüləriinki kimidir. Buna baxmayaraq udinlərin maddi və mənəvi mədəniyyəti daha çox azərbaycan türkləri ilə yaxındır. Uinlərin hətta qeyd etdikləri xristian bayramlarında oxuduqları mahnılar Azərbaycan dilindədir. Dinlərinin erməni və gürcülərlə eyni olmalarına baxmayaraq tarixən azərbaycan türkləri ilə bağlı olmaları udinləri daha çox Azərbaycanla bağlamışdır. Ardı »

Ümumi Melumat → Vətən



  • 09.12.2014 / 15:52

 • 

  • Aziza

Vətən – doğma diyar, ana yurd... 
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.


Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik Ardı »

Ümumi Melumat → Qobustan abidələri



  • 09.12.2014 / 16:50

 • 

  • Aziza

Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu dürüst tarixi hələ də məlum olmasa da, Mesopotomiyadan daha qədim olan Qobustan abidələrindən salın.
Üzərində günəş təsvirləri olan qayıq rəsmləri bir anda hərəkətə gəlib sizi 15000 il əvvələ - paleolit dövrünə aparacaq. Bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlər dolu bir dünya sizi heyrətləndirəcək.

Bakıdan 54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşən Qobustan Dövlət Bədii Qoruğunun sahəsi 4000 hektardan artıqdır. “Səma Ardı »

Ümumi Melumat → Naftalanın əfsanəvi kəşfi


  • 10.12.2014 / 11:09

 • 

  • Aziza

Azərbaycanın köksündə damarlarından sarı-qızılı qarışığı olan tünd qonuru rəngli qan axan bir ürək döyünür.
Bu naftalandır, yəni, “müalicəvi neft”.

Naftalanın tarixi qədimlərə, eramızın VI əsrinə gedib çıxır. O zamanlar indiki Naftalanın yerində tutqun, bulanlıq sulu gölməçələr mövcud idi. Bu yerlərdən yolu düşən tacir karvanlarının sahibləri dəvələrin bu gölməçələrdən su içməsinə icazə vermirdilər. Karvan sahibləri bu bulanıq gölməçələrin suyunun dəvələrin sağlamlığına ziyan vura biləcəyindən ehtiyatlanırdılar.

Bir dəfə bir hadisə baş verir və bu hadisədən sonra Naftalan haqqında əfsanələr bütün aləmə yayılır. Belə ki, keçmiş zamanlarda indiki Naftalan yerləşən ərazilərdən karvan keçirmiş. Bu karvanda olan dəvələrin içərisində zorla hərəkət edən, ayaqları üstə zorla dayanan bir xəstə Ardı »

Ümumi Melumat → Azərbaycanın konstitusiyası



  • 09.12.2014 / 16:53

 • 

  • Aziza

BİRİNCİ BÖLMƏ - ÜMUMİ MÜDDƏALAR
I fəsil - XALQ HAKİMİYYƏTİ

Maddə 1. Hakimiyyətin mənbəyi


Maddə 2. Xalqın suverenliyi
Maddə 3. Ümumxalq səsverməsi – referendum yolu ilə həll edilən məsələlər
Maddə 4. Xalqı təmsil etmək hüququ
Maddə 5. Xalqın vahidliyi
Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi

II fəsil - DÖVLƏTİN ƏSASLARI

Maddə 7. Azərbaycan dövləti
Maddə 8. Azərbaycan dövlətinin başçısı
Maddə 9. Silahlı Qüvvələr
Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri
Maddə 11. Ərazi
Maddə 12. Dövlətin ali məqsədi
Maddə 13. Mülkiyyət
Maddə 14. Təbii ehtiyatlar
Maddə 15. İqtisadi inkişaf və dövlət
Maddə 16. Sosial inkişaf və dövlət
Maddə 17. Ailə, uşaqlar və dövlət
Maddə 18. Din və dövlət
Maddə 19. Pul vahidi
Maddə 20. Dövlətin borclarına qoyulan məhdudiyyətlər
Maddə 21. Dövlət dili
Maddə 22. Paytaxt
Maddə 23. Azərbaycan Ardı »

Ümumi Melumat → Şəmkir rayonu



  • 10.12.2014 / 11:07

 • 

  • Aziza

Şəmkir — Azərbaycanda rayondur. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu (1991-ci ilədək Şamxor) 1930-cu ildə təşkil olunmuşdur. 

Ümumi məlumat

Şəmkir haqqında tarixi məlumat...

Şəhər və iri qəsəbələrin adları

Şəmkir rayonunda 1 şəhər, 4 şəhər tipli qəsəbə, 59 kənd vardır.

Şəmkir haqqında tarixi məlumat...

Sərhəd rayonlar

Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir.

Əhali

Şəmkir haqqında tarixi məlumat...



Ərazi

Şəmkir haqqında tarixi məlumat...

Tarix

Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda «Müxtəsər Azərbaycan tarixi» kitabının çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adıArdı »



Ümumi Melumat → Naftalan...

  • 09.12.2014 / 16:14

 • 

  • Aziza

Bakıdan 338 km qərbdə, Gəncədən cənubda, Goran stansiyasından 18 km aralıda, dağətəyi düzənlikdə yerləşir. Mülayim iqlimə malik ərazi şam ağaclarından ibarət meşə ilə əhatələndiyindən, buranın havası çox təmizdir. Söhbət cəmi 8 min əhalisi olan Naftalandan gedir. 1926-cı ildə xüsusi kurort zonası elan edilən Naftalanda ilk müalicəxana 1928-ci ildə yaradılıb. 1957-ci ilədək mövsümi işləsə də, 1957-ci ildən etibarən kurort ilboyu fəaliyyət göstərməyə başlayıb. 1982-ci ildə isə "Naftalan Sanatoriya Birliyi" yaradılıb. 2005-ci ildə Naftalan kurortunda ilk özəl sanatoriya olan "Naftalan" açıldı. Hazırda kurortda sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji və s. xəstəliklər müvəffəqiyyətlə müalicə olunur.

Dünyada yeganə olan neft

Müalicəvi xassəsinə görə Ardı »

Ümumi Melumat → Balaxanı



  • 09.12.2014 / 16:01

 • 

  • Aziza

Bakı kəndləri arasında Balaxanı tarixən tutduğu iqtisadi mövqeyə və qədim irsinə görə seçilir. Kənd Bakının şimal-qərbində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Digah və Məhəmmədi kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki - “Yuxarı” və “Aşağı” - məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi “Rzaqulu kəndi”, cənub hissəsi əhali tərəfindən “Canhüseyn məhəlləsi” adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.

Kəndin adının mənası Qılman İlkinin “Bakı və bakılılar” kitabında qeyd olunub: “bala” - yuxarı, hündür, “xana” - ev deməkdir. Ardı »

Ümumi Melumat → Odlar Yurdu - Azerbaycan


  • 27.08.2012 / 20:52

 • 

  • [Ram]

Biz sizə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən - onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.

Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni Ardı »

Ümumi Melumat → Azerbaycanın erazisi


  • 27.08.2012 / 20:53

 • 

  • [Ram]

Ərazisi 

86.6 min km2 (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar, cümlədən 31.1 % otlaq və biçənəklə,31.4% sair torpaqlar).Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir. 

Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km 

Böyük göllər, km2 


Sarısu - 67.0 
Ağgöl - 56.2 
Ağzıbirçala - 37.0 
Mehman - 35.0 
Böyükşor - 9.2 
Hacıqabul - 8.4 

Dünyada ən böyük göl -Xəzər dənizi 


sahəsi 400000 km2, dərinliyi-1025 m.
Ən yüksək Ardı »

Ümumi Melumat → Qanunvericilik hakimiyyeti



  • 27.08.2012 / 20:55

 • 

  • [Ram]

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti bir palatadan ibarət olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Ölkə əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılan parlament qanunvericilik hakimiyyətini təmsil edən demokratik dövlət quruluşunun ayrılmaz institutu, dövlət hakimiyyətinin mühüm qollarından biridir. Onun fəaliyyəti və səlahiyyəti statusu iki əsas istiqamətdə reallaşır: birincisi Milli Məclis geniş məsələlər kompleksi üzrə ümumi qaydalar müəyyənləşdirir. Həmin qaydalar çərçivəsində icra hakimiyyəti konkret idarəçilik funksiyasını həyata keçirir. İkincisi Milli Məclisin bilavasitə həll etdiyi məsələlər. Bura Milli Məclisin impiçment yolu ilə prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə malik olması və digər məsələlər daxildir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa Ardı »

Ümumi Melumat → İcra hakimiyyəti



  • 27.08.2012 / 20:55

 • 

  • [Ram]

Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçkilər əsasında 5 il Ardı »

Ümumi Melumat → Azerbaycan R siyasi sistemi


  • 27.08.2012 / 20:55

 • 

  • [Ram]

Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir. 

Ümumiyyətlə Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi Ardı »

Ümumi Melumat → Məhkəmə hakimiyyəti


  • 27.08.2012 / 20:56

 • 

  • [Ram]

Azərbaycan Respublikasının Məhkəmə sistemi Azərbaycan konstitusiyasına uyğun olaraq, Respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid vəzifələri, təşkilati və fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin məcmusundan ibarətdir. Azərbaycan Respublikası məhkəmə sisteminin quruluşu "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir. 

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Yaşı 30-dan Ardı »











































































V

V















v
Yüklə 68,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin