Tədrisin (öyrənmənin) nəticələri Kursun sonunda tələbələr Azərbaycan dilinin orfoqrafik və orfoepik qaydalarına
düzgün əməl edəcək, yazı prosesində durğu işarələrinin yerli-yerində işlədilməsi
bacarığına nail olacaq, rəsmi sənədlərin tərtibi (ərizə, tərcümeyi-hal, akt və s.)
vərdişlərini qazanacaq, Azərbaycan dilində yazılı və şifahi nitq bacarıqlarını daha da
təkmilləşdirəcək, fikrin düzgün, aydın və dəqiq ifadəsi üçün sözlərdən yerli-yerində
istifadə etməyi, ən başlıcası, “az sözlə geniş fikir ifadə etmək bacarıqları”nı
öyrənəcəklər.
Qaydalar (Tədris siyasəti və davranış, qiymətləndirmə meyarı) Tələbə 10 dəqiqədən artıq dərsə gecikərsə, qaib yazılacaq. 15-30 dəqiqə arasında
gecikənlərə qaib yazılmış olsa belə, onların dərsdə iştirakına icazə veriləcək. 30
dəqiqədən sonra dərsə gecikənlər və dərsi pozmağa təsəbbüs edənlər dərsə
buraxılmayacaqlar.
Fəallığa görə bal tələbənin müzakirələrdə iştirakına, sorğu zamanı daha cəld cavab
verməsinə, natiqlik sənəti, yadda saxlama və yada salma kimi vərdişlərə malik olmasına
görə veriləcək.
Davamiyyətə görə veriləcək bal zamanı tələbənin dərsdə ardıcıl iştirakı və dərsdə
özünü qaydalara uyğun aparması nəzərə alınacaqdır. Üzrsüz buraxılan hər dərs üçün 0,5
bal çıxılacaq.
İmla yazısına görə veriləcək bal zamanı tələbənin yazı vərdişlərinə nə dərəcədə
malik olması, orfoqrafik qaydaları necə mənimsəməsi, durğu işarələrindən yerli-yerində
istifadəetmə səviyyəsi nəzərə alınacadır.
Prezentasiyaya görə veriləcək bal zamanı mövzu ilə bağlı elmi araşdırmanın
səviyyəsinə, şəkil və illüstrasiyalardan yerli-yerində istifadə edilməsinə, plana uyğun
ardıcıllığa nəzər yetiriləcəkdir.
Sərbəst işə görə veriləcək bal zamanı hər bir tələbənin ayrılıqda dünyagörüşü,
yaşadığı mühitə münasibəti, valideyn, dost, ətraf aləmə hansı səviyyədə bağlılığı və bu
cür hallara qarşı ikrah hissi, duyğu, qavrayış, düşüncə, fərdi yanaşma və s. kimi
məsələlərə münasibətinə diqqət yetiriləcəkdir.
İmtahan haqqında:
1.İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin
iş planında göstərilmiş ədəbiyyatlara, eləcə də digər mənbələrə də müraciət etmək
lazımdır.
2.İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir.
3.Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər.