Kursun təsviri
“Azərbaycan dili” kursu müasir Azərbaycan dilinin fonetik, leksik səviyyəsini, düzgün
orfoqrafik və orfoepik qaydaları, durğu işarələri, rəsmi sənədlərin hazırlanması
qaydalarını əhatə edir. Kursda Azərbaycan dili, onun tarixi, forma və üslubları, ən əsası,
Azərbaycan ədəbi dilinin fonetik sistemi, lüğət tərkibi, yazı qrafiki məsələləri elmi-
nəzəri əsasda öyrəniləcək.
Kursun məqsədləri
Kursun məqsədi müasir Azərbaycan dilinin fonetik tərkibi, əsasən, səs sistemi, onun
inkişaf xüsusiyyətlərinə dair məlumat vermək, dildəki fonetik hadisələri və səs
qanunlarını aydınlaşdırmaq, ədəbi dilin lüğət tərkibi, onun zənginliyi və inkişaf etməsi
barədə məlumat vermək, eləcə də, dilimizin həm şifahi, həm də yazılı formaları üçün
qəbul edilmiş normaları nəzərdən keçirməkdir.
Dostları ilə paylaş: