Müstəqil işləyən proqram vasitələri ilə qurulan İS əvvəlki variantlarla qurulan İS-dən onunla fərqlənir ki, burada hazır VBİS-dən istifadə edilmədiyindən, verilənlərin bazasının yaradılması, idarə olunması, sorğuların təmin olunması kimi funksiyaları da layihəçi və icraçı tərəfindən hazırlanan proqram vasitələri yerinə yetirirlər. Bu cür arxitekturanın sadələşdirilmiş forması şəkil 4-də verilmişdir.
Verilənlərin saxlanması və emalı funksiyalarının yerinə yetirilməsi baxımından müstəqil işləyən proqram vasitələri VBİS-lə və ya onun nüvəsi ilə işləyən proqramlardan az fərqlənir. Bu arxitekturanın əvvəlki arxitekturalardan üstün cəhətləri aşağıdakılardır: 1) kompüterin xarici və əməli yaddaşına qənaət; 2) sistemin işləmə sürətinin artması; 3) istifadəçilərin sistemə müdaxiləsinin qarşısının tam alınması. Çatışmayan cəhətlər ondan ibarətdir ki: 1) sistemin qurulmasının əmək tutumu artır və baha başa gəlir, 2) verilənlər bazasına xidmət etmək üçün VBİS-in verdiyi standart imkanlardan istifadə etmək olmur.
Dostları ilə paylaş: |