MühazirƏ 5
şəbəkə informasiya sistemlərinin arxitekturaları
Qrup və korporativ informasiya sistemləri kompüter şəbəkələrində reallaşdırıldıqlarından, onlara şəbəkə informasiya sistemləri deyilir. şəbəkə informasiya sistemlərinin qurulması üçün 4 tip arxitekturadan istifadə oluna bilər:
-fayl-server arxitekturası,
-kliyent-server arxitekturası,
-çoxsəviyyəli arxitektura,
-Internet/Intranet texnologiyası.
Hər bir informasiya sistemində müxtəlif arxitekturaların məhdudluqlarını müəyyən edən lazımi funksional komponentləri ayırmaq olar (cədvəl 1.).
Cədvəl 1.
İnformasiya sistemlərinin tipik fuksional komponentləri
şərti işarəsi
| Adı | Məzmunu |
PS
|
Təsvir xidmətləri
(Presentation Services)
|
Uyğun proqram dəstəyi ilə isti-fadəçinin məlumatını sistemə daxil edən və təsvir məntiqinin (PL) məlu-matını əks etdirən qurğular vasitəsilə yerinə yetirilir.
|
PL
|
Təsvir məntiqi
(Presentation logic)
|
Istifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqələrin idarə edilməsi. Istifadəçinin menyudan əmri seçmə-si, müəyyən düyməni basması və ya siyahıdan elementi seçməsi zamanı əməliyyatların emal edilməsi.
|
BL
|
Tətbiqi məntiq (Business of Application Logic)
|
Tətbiqi proqramın yerinə yetirdiyi hesablamalar, əməliyyatlar və qərar-ların qəbulu üçün qaydalar.
|
DL
|
Verilənlərin idarə edil-məsi məntiqi (Data
Logic)
|
Verilənlərin idarə edilməsində tətbi-qi məntiqi reallaşdırmaq üçün veri-lənlər bazası ilə əməliyyatlar (SQL operatorları)
|
DS
|
Verilənlər bazası ilə
əməliyyatlar (Data
Services)
|
Verilənlərin idarə edilməsi məntiqini (verilənlərlə əməliyyatlar, verilən-lərin təyin edilməsi, tranzaksiyaların qəbulu və ya kənarlaşdırılması və s.) yerinə yetirən VBİS-in əməliyyatları. VBİS adətən SQL operatorlarını kompilyasiya edir.
|
FS
|
Fayl əməliyyatları (File
Services)
|
VBİS və digər komponentlər üçün verilənlərin diskdən oxunması və yazılması əməliyyatları. Adətən əməliyyat sistemi tərəfindən yerinə yetirilir.
|
Dostları ilə paylaş: |