İnformasiya sistemlərinin inkişaf mərhələləri
İnformasiya sistemlərinin inkişaf tarixi və müxtəlif dövrlərdə onlardan istifadə edilməsində məqsədlər cədvəl 2-də verilmişdir.
Cədvəl 2. İnformasiya sistemlərinin inkişaf tarixi
Vaxt dövrü
|
İnformasiyadan istifadə konsepsi-yası
|
İnformasiya sistemlərinin növü
|
Istifadə məqsədi
|
1950-1960-cı illər
|
Hesabat sənədlə-rinin kağız axını
|
Hesabat sənədlərinin emalı üçün informasiya sistemləri
|
Sənədlərin emalı sürətinin artırıl-ması
|
1960-1970-ci illər
|
Hesabatların ha-zırlanmasında və informasiya ax-tarışında kömək
|
Elmi-texniki informasiya üçün informasiya-axtarış sistemləri. İstehsalat in-formasiyası üçün infor-masiya-idarəetmə sistemləri
|
İnformasiya ax-tarışını asanlaş-dırmaq. Hesabatların hazırlanmasının sürətləndirilməsi
|
1970-1985-ci illər
|
Öyrətmə. Idarəetmə. Diaqnostika. Proqnozlaşdırma.
|
Avtomatlaşdırılmış öyrətmə sistemləri. Qə-rarların qəbulunun təmi-natı sistemləri. Ekspert sistemləri
|
Fənlərin öyrənil-məsində kömək. Daha səmərəli qərarların qəbul edilməsi. Obyektin vəziy-yətinin proqnoz-laşdırılması
|
1985-ci ildən indiyədək
|
Əvvəlki konsep-siyalarla yanaşı, informasiya rəqa-bət üstünlüyünü təmin edən strate-ji resurs rolunda çıxış edir.
|
Avtomatlaşdırılmış öyrətmə sistemləri. Qərarların qəbulunun tə-minatı sistemləri. Ekspert sistemləri. Strateji informasiya sistemləri. Avtomatlaşdırılmış ofislər
|
Əvvəlki məq-sədlərlə yanaşı firmaların rəqa-bətə tab gətir-məsi və inkişafı
|
İlk informasiya sistemləri keçən əsrin 50-ci illərində yaradılmışdı. Onlar əsasən hesabat sənədlərinin hazırlanması üçün istifadə olunurdu, böyük kompüterlərdə və elektromexaniki mühasibat-hesab maşınlarında reallaşdırılırdı. Bununla da kağız sənədlərin hazırlanması vaxtı və məsrəf müəyyən qədər azalırdı.
60-cı illər informasiya sistemlərinə münasibətin dəyişilməsi ilə əlamətdardır. Onların köməyilə alınan informasiya bir neçə parametrə görə dövrü hesabatlarda istifadə olunurdu. Bu sistemlərin qurulması üçün kiçik, orta və böyük kompüterlərdən istifadə olunurdu.
70-ci illərdən başlayaraq İS-dən qərarların qəbulu prosesini sürətləndirən və dəstəkləyən vasitə kimi istifadə olunmağa başlandı. Bu sistemlərdən həmçinin müəyyən fənlərin (kimya, riyaziyyat, proqramlaşdırma və s.) öyrənilməsində köməkçi vasitə kimi istifadə olunurdu. Ekspert sistemi adlanan intellektual səviyyəli İS-dən isə diaqnostika və proqnozlaşdırma məsələlərinin həlli üçün istifadə olunurdu.
85-ci ildən fərdi kompüterlərin geniş istehsalı və tətbiqi ilə əlaqədar olaraq informasiya sistemlərindən istifadə konsepsiyası ciddi dəyişikliklərə məruz qaldı. Əvvəlki təyinatlarla yanaşı, İS-dən strateji informasiya mənbəyi kimi təşkilatın bütün səviyyələrində istifadə olunur. Bu dövrün informasiya sistemləri lazımi informasiyanı vaxtında çatdırmaqla firmaya fəaliyyətində uğur qazanmağa, yeni məhsullar və xidmətlər yaratmağa, yeni satış bazarı tapmağa və beləliklə bazar iqtisadiyyatı şəraitində rəqabətə davam gətirməyə və inkişafa kömək edirlər.
Dostları ilə paylaş: |