Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 1,51 Mb.
səhifə6/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   78
C fakepathMühazir

Qarar qəbuletmə situasiyanın analizinə, məqsədin təyin edilməsinə və bu məqsədə nail olma proqramına əsaslanaraq idarə olunan obyektə məqsədyönlü təsiretmə aktıdır.

İstənilən təşkilatın idarəetmə strukturu 3 səviyyədən ibarət olur: operativ, funkisonal və strateji.



İdarəetmə səviyyəsi (idarəetmə fəaliyyətinin növü) həll olunan məsələlərin mürəkkəbliyi ilə təyin olunur. Məsələ mürəkkəbləşdikcə onun həll üçün idarəetmə səviyyəsi də yüksək olmalıdır. Həlli dərhal (operativ) tələb olunan sadə məsələlər daha çox yaranır, odur ki, onlar üçün idarəetmə səviyyəsi daha aşağı olmalıdır. Bu səviyyədə operativ qərarlar qəbul edilir. İdarəetmədə həmçinin qəbuledilən qərarların reallaşdırılma dinamikası nəzərə alınmalıdır. Bu da idarəetməyə vaxt amili nöqteyi-nəzərindən baxmağı tələb edir.

şəkil 2-də səlahiyyətlərin, məsuliyyətin, məsələlərin mürəkkəbiyinin artma dərəcəsi və qərarların qəbuletmə dinamikası ilə uyğunlaşdırılan üç səviyyəli idarəetmə strukturu əks etdirilmişdir.



İdarəetmənin operativ səviyyəsi dəfələrlə təkrarlanan məsələlərin və əməliyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir. Bu səviyyədə həm yerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur. Situasiyanın dəyişməsinə cəld reaksiya verilməsi tələb olunduğundan, idarəetmənin bu səviyyəsi operativ adlanır. Operativ idarəetmə səviyyəsində həll olunan məsələlərin böyük hissəsini uçot və nəzarət məsələləri təşkil edirlər. Məsələn, istehsal olunan və satılan məhsulun uçotu, xammalın və materialların sərfinin uçotu, mühasibat uçotu, məhsulun keyfiyyətinə nəzarat və s.




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin