Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


Həyat dövrünün əsas prosesləri



Yüklə 1,51 Mb.
səhifə50/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   78
C fakepathMühazir

Həyat dövrünün əsas prosesləri

Həyat dövrünün əsas proseslərindən ən vacibləri sistemin qurulması, istismarı və müşayiət edilməsidir. Hər bir proses müəyyən məsələlər və onların həll yolları ilə, ilkin verilənlərlə və nəticələrlə xarakterizə olunur.



Qurulma prosesi konsepsiyanın formalaşdırılması, texniki tapşırığın tərtibi, layihələndirmə, hazırlama, sazlama və testləmə mərhələlərini əhatə edir. Qurulma prosesinə həmçinin layihə və istismar sənədlərinin tərtib edilməsi, yaradılan proqram məhsullarının testlənməsi və heyətin öyrədilməsi üçün lazımi materialların hazırlanması da daxildir.

İstismar prosesi əsas və hazırlıq xarakterli iki növ işləri əhatə edir. Hazırlıq işlərinə aiddir:

- istifadəçilərin iş yerlərinin təşkili;

- istifadəçilərin istismar sənədləri ilə və təlimatlarla təmin edilməsi;

- heyətin öyrədilməsi.

Əsas işlərə aiddir:

- sistemin bilavasitə istismarı;

- pozuntuların müəyyənləşdirilməsi və onları yaradan səbəblərin aradan qaldırılması;

- proqram təminatının modifikasiyası;

- sistemin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;

- sistemin inkişafı və yeniləşdirilməsi.



Müşayiət prosesi yuxarıdakı işlərlə yanaşı sistemə texniki xidmətin təşkilini də əhatə edir. Sistemə kefiyyətli texniki xidmət göstərmək üçün bu işə təkcə gündəlik inzibatçılıq məsələlərinin həlli ilə məşğul olanlar deyil, həmçinin qəza və pozuntu hallarında sistemin işini tez bərpa edə bilən yüksək səviyyəli mütəxəssislər cəlb edilməlidir.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin