Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə13/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   9   10   11   12   13   14   15   16   ...   121
Torpaq Mecellesi

TORPAQLARIN MÜHAFİZƏSİ 

Maddə 34. Torpaqların mühafizəsinin məqsədi və vəzifələri 




 

1. Torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd 

təsərrüfatı  və  meşə  təsərrüfatı  dövriyyəsindən  əsassız  çıxarılmasına  yol  verilməməsi,  onların 

zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun 

bərpası  və  artırılması  məqsədilə  həyata  keçirilən  hüquqi,  təşkilati,  iqtisadi  və  digər  tədbirlər 

sistemindən ibarətdir. 

 

2. Torpaqların mühafizəsi zona və region xüsusiyyətləri nəzərə alınaraq onlara mürəkkəb təbii 



(ekoloji)  sistemlər  kimi  kompleks  yanaşılması  əsasında  təbiətin  mühafizəsini,  təbii  ehtiyatlara 

qənaəti və torpaqların qorunub saxlanmasını, bitki və heyvanlar aləminə, geoloji törəmələrə və 

ətraf mühitin digər tərkib hissələrinə zərərli təsirin məhdudlaşdırılmasını nəzərdə tutur. 

 

3.  Torpaqların  mühafizəsi  istifadənin  optimal  strukturunu  özündə  əks  etdirən,  elmi  cəhətdən 



əsaslandırılmış torpaq istifadəçiliyi normativlərinin praktikada tətbiqi, habelə yerquruluşu əsasında 

ərazinin səmərəli təşkili vasitəsilə həyata keçirilir. 

 4. S

uvarılan və meliorasiya olunmuş torpaqların səmərəli istifadəsi, onların keyfiyyətinə nəzarət, 



münbitliyin qorunması və artırılması, su, duz, hava və qida rejimlərinin tənzimlənməsi, əkinçiliyin, 

rasional  strukturunun  formalaşdırılması  məqsədilə  aqrotexniki,  aqromeliorativ  və  meliorativ 

tədbirlərin  həyata  keçirilməsi  və  qarşılıqlı  münasibətlərin  əlaqələndirilməsi  dövlət  tərəfindən 

müəyyənləşdirilmiş xüsusi proqramlar üzrə aparılır. 

 

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində aşağıdakı 



istiqamətdə tədbirləri həyata keçirməlidirlər: 

 

torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi; 



 

torpaqların  su  və  külək  eroziyasından,  sellərdən,  su  basmaqdan,  bataqlaşmaqdan,  təkrar 

şoranlaşma, kipləşmə və quraqlıqdan, istehsalat və məişət tullantılarından, kimyəvi və radioaktiv 

maddələrlə  çirklənmədən,  səhralaşma,  sürüşmələr,  abraziya  və  digər  dağıdıcı  proseslərdən 

qorunması; 

 

kənd təsərrüfatı torpaqlarının kol-kos basmaqdan, torpaqların mədəni-texniki vəziyyətini, habelə 



meliorasiya və irriqasiya sistemlərinin vəziyyətini pisləşdirən digər proseslərdən qorunması; 

 

keyfiyyəti  pisləşmiş  kənd  təsərrüfatı  torpaqlarının  münbitliyinin  bərpa  edilməsi  üçün  onların 



konservasiya edilməsi; 

 k

orlanmış torpaqların yenidən yararlı hala salınması (rekultivasiyası), onların münbitliyinin və 



torpağın digər faydalı xassələrinin yüksəldilməsi; 

 

təsərrüfat  fəaliyyəti  nəticəsində  torpaqların  korlanması  ehtimalı  labüd  olan  hallarda  onların 



münbit qatının götürülməsi və təkrar istifadə edilməsi. 

 

6. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan 



obyektlər  yerləşdirilərkən,  layihələşdirilərkən,  tikilərkən  və  istismara  verilərkən,  habelə  yeni 

texnologiyalar 

tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində zəruri tədbirlər nəzərdə tutulmalı 

və həyata keçirilməlidir. 




 

7. Torpaqların tənəzzülə uğramadan və dağılmadan qorunması tədbirləri ilə təmin edilməmiş 

obyektlərin və texnologiyaların istismara verilməsi və tətbiq edilməsi qadağan olunur. 

 

8.  Torpaqların  vəziyyətinə  zərərli  təsir  göstərə  bilən  obyektlərin  yerləşdirilməsi  aidiyyəti  olan 



torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə 

razılaşdırılır. 

 9. T

orpaqların mühafizəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 



Maddə 35. Torpaqların mühafizəsinin iqtisadi stimullaşdırılması 

 

1.  Torpaqların  mühafizəsinin  iqtisadi  cəhətdən  stimullaşdırılması  torpaq  mülkiyyətçilərinin, 



istifadəçilərinin və icarəçilərinin torpağın münbitliyinin qorunması və yüksəldilməsində marağının 

artırılması,  təsərrüfat  fəaliyyətinin  zərərli  təsirindən  torpaqların  qorunması  məqsədilə  həyata 

keçirilir. 

 

2.  Torpaqların  mühafizəsinin  iqtisadi  stimullaşdırılması  ilə  əlaqədar  qaydalar  torpaqların 



münbitliyinin  bərpasını,  meşə-meliorasiya  işlərinin  görülməsini,  istehsal  və  sosial  infrastruktur 

obyektlərinin,  yaşayış  məntəqələrinin  abadlaşdırılmasını  və  bu  istiqamətdə  dövlət  və  yerli 

proqramların  yerinə  yetirilməsini,  habelə  torpaq  mülkiyyətçiləri,  istifadəçiləri  və  icarəçilərinin 

torpaqdan istifadəyə görə müəyyən müddətə torpağa görə haqdan azad edilməsini, təbii fəlakət, 

torpaqların konservasiyası və digər hallarda onlara dəyən ziyanın ödənilməsini və bu kimi digər 

tədbirlərin həyata keçirilməsini nəzərdə tutan müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 

Maddə 36. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların istifadəsi 

 

1. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, əhalinin həyatına və sağlamlığına təhlükə 



yarada bilən, habelə məhsul istehsalı üçün sanitariya tələblərinə, müvafiq normalara, qaydalara 

və  normativlərə  cavab  verməyən  torpaqlar  kənd  təsərrüfatı  dövriyyəsindən  çıxarılır  və 

konservasiya edilməsi üçün dövlət ehtiyat torpaq fonduna keçirilir. Belə torpaqlarda rekultivasiya 

işləri aparılıb sağlamlaşdırılana qədər kənd təsərrüfatı məhsullarının istehsalı qadağan edilir. 

 

2.  Radioaktiv  və  kimyəvi  çirklənməyə  məruz  qalmış  torpaqların  təsərrüfat  dövriyyəsindən 



çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi qaydaları müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ-hüquqi aktlarla müəyyən edilir. 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin