Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


TORPAQ FONDUNUN İSTİFADƏSİ VƏ MÜHAFİZƏSİNİN



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə15/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   11   12   13   14   15   16   17   18   ...   121
Torpaq Mecellesi

TORPAQ FONDUNUN İSTİFADƏSİ VƏ MÜHAFİZƏSİNİN 

DÖVLƏT TƏNZİMLƏNMƏSİ 

Maddə 38. Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri 

Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlət aşağıdakı vəzifələri həyata keçirir: 

 

torpaqlardan  səmərəli  istifadə  edilməsinin  təşkili  və  onların  mühafizəsi  sahəsində  dövlət 



siyasətinin həyata keçirilməsi; 

 

torpaqlardan istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi; 



 

dövlət  torpaq  kadastrı,  torpaqların  monitorinqi  və  yerquruluşu  ilə  əlaqədar  işlərin  və  torpaq 

üzərində hüquqların dövlət qeydiyyatının həyata keçirilməsi, torpaq balansının tərtibi; 

qanunla 


nəzərdə 

tutulmuş 

qaydada 

dövlət 


ehtiyacları və 

ictimai 


ehtiyaclar üçün 

torpaqların geri alınması və verilməsi, torpaqların əsas məqsədli təyinatının dəyişdirilməsi və digər 

yerquruluşu  məsələlərinin  həlli  ilə  bağlı  sənədlərin  rəsmiləşdirilməsi,  onların  müvafiq  icra 

hakimiyyəti orqanlarının təsdiqinə təqdim edilməsi; 



[24]

 

 



müəyyən  olunmuş  qaydada,  müvafiq  icra  hakimiyyəti  orqanlarının  və  bələdiyyələrin  torpaq 

qanunvericiliyinə uyğun gəlməyən qərarlarının (müqavilələrinin) ləğv edilməsi barədə məsələlərin 

qaldırılması; 

[25]

 

 



torpaq fonduna vurulan zərərin, kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin torpaq 

qanunvericiliyinin  pozulmasına  görə  cərimələrin  və  maliyyə  sanksiyalarının  ödənilməsi  barədə 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq  məhkəməyə  müraciət  edilməsi,  iddialar 

qaldırılması; 

 

torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı məlumatlarından çıxarışların 



verilməsi; 

 

torpaq qanunvericiliyinin və torpağın mühafizəsi tələblərinin pozulması ilə həyata keçirilən tikinti 



işlərinin, habelə faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə- meliorasiya, geoloji-kəşfiyyat və 

başqa  işlərin  dayandırılması,  aşkar  edilən  pozuntuların  aradan  qaldırılmasına  qədər  göstərilən 

işlərin  qadağan  edilməsi  təklifi  ilə  müvafiq  icra  hakimiyyəti  orqanlarına,  bələdiyyələrə  müraciət 

edilməsi; 

 

torpaqların  münbitliyinin  bərpası  və  yaxşılaşdırılması,  onların  istifadəsi  və  mühafizəsi  üzrə 



investisiya proqramlarının ekspertizasının həyata keçirilməsi; 

 

torpaq qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslərin müəyyən edilmiş qaydada inzibati 



məsuliyyətə cəlb edilməsi; 


 

qanunvericiliklə müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi. 

Maddə 39. Torpaq ehtiyatlarından istifadənin planlaşdırılması 

 

1. Torpaq ehtiyatları — istifadə olunan və ya istifadə oluna bilən torpaqlardır. 



 

2. Torpaq ehtiyatlarının istifadəsi və mənimsənilməsi müvafiq icra hakimiyyəti orqanlarının və 

bələdiyyələrin ərazinin inkişafının planlaşdırılması haqqında qərarları əsasında həyata keçirilir. 

 

3.  Torpaq  ehtiyatlarından  istifadənin  planlaşdırılması  sosial-iqtisadi  proqramlar,  yerquruluşu, 



şəhərsalma,  təbiətqoruyucu  və  digər  sənədlər  əsasında  ərazinin  uzunmüddətli  inkişaf 

perspektivlərini müəyyən etmək məqsədilə aparılır. 

Maddə 40. Torpaqların zonalaşdırılması 

 

1. Torpaqların zonalaşdırılması — onların müxtəlif təyinatlı və hüquqi rejimli torpaq sahələrinə 



bölünməsidir. 

 

2.  Torpaqların  zonalaşdırılması  ərazinin  inkişaf  planına  uyğun  olaraq  həyata  keçirilir. 



Torpaqların  zonalaşdırılmasının  ümumi  əsaslarını  və  prinsiplərini  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

 

3. Torpaqların zonalaşdırılması planları müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin 



qərarları ilə təsdiq edilir. 

 

4. Şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarının zonalaşdırılmasına dair qərarlarda 



aşağıdakılara dair tələblər müəyyən edilir: 

 

tikintinin sıxlığına; 



 

mühəndis-nəqliyyat kommunikasiyalarının, yaşıllıqların, piyada yollarının, sanitariya-qoruyucu 

arakəsmələrin  və  daşınmaz  əmlakın  şəhərsalmada  nəzərə  alınan  digər  struktur  elementlərinin 

əsas parametrlərinə; 

 

əhaliyə xidmət edən sosial-məişət və mədəniyyət obyektlərinin yerləşdirilməsinə; 



 

müasir ekzogen geoloji proseslərin yayılma dərəcəsinə və intensivliyinə (fəallığına); 

 

yaşayış məntəqələrində torpaqdan istifadənin başqa sahələrinə. 



 

Torpaqların zonalaşdırılmasına dair tələblərin icrası mülkiyyət formasından və torpaq sahələrinə 

digər hüquqlardan asılı olmayaraq icra üçün mütləqdir. 

Maddə 41. Dövlət torpaq kadastrı 

 

1. Dövlət torpaq kadastrı  — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət  və 



keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə zəruri və etibarlı məlumatların 

məcmusudur. 

 

2.  Dövlət  torpaq  kadastrının  məlumatları  torpaqların  istifadəsinin  və  mühafizəsinin 



planlaşdırılması,  torpaqların  verilməsi  və  geri  alınması,  torpaqların  normativ  qiymətinin,  onlara 


görə haqların müəyyən edilməsi, yerquruluşu işlərinin aparılması, özgəninkiləşdirilmə zonalarının 

müəyyən edilməsi, torpaqların istifadəsi ilə bağlı təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, eləcə 

də  torpaqların  istifadəsi  və  mühafizəsi  ilə  əlaqədar  digər  müvafiq  tədbirlərin  həyata  keçirilməsi 

zamanı mütləq tətbiq edilməlidir. 

 

3.  Dövlət  torpaq  kadastrının  aparılması  geodeziya,  topoqrafiya,  kartoqrafiya,  yerquruluşu, 



torpaq  tədqiqatı,  aqrokimya,  meliorasiya,  geobotanika  və  digər  axtarış-tədqiqat  işlərinin  həyata 

keçirilməsi ilə təmin edilir. 

 

4.  Dövlət  torpaq  kadastrının  aparılması  qaydaları  Azərbaycan  Respublikasının  müvafiq 



qanunvericiliyi ilə tənzimlənir. 

Maddə 42. Torpaqların monitorinqi 

 

1.  Torpaqların  monitorinqi  —  torpaqların  münbitlik  xassələrini  səciyyələndirən  ayrı-ayrı 



göstəricilərdə  dəyişikliklərin  vaxtında  aşkara  çıxarılması,  qiymətləndirilməsi,  mənfi  proseslərin 

qarşısının  alınması  və  onların  təsiri  nəticələrinin  aradan  qaldırılması  üçün  torpaq  fondunun 

vəziyyətinə uzunmüddətli müşahidə-nəzarət sistemindən ibarətdir. 

 2

.  Torpaqların  monitorinqinin  aparılması  qaydaları  Azərbaycan  Respublikasının  müvafiq 



qanunvericiliyi ilə tənzimlənir. 

  

Maddə 43. Yerquruluşu 



 

1.  Yerquruluşu  —  torpaq  münasibətlərinin  nizama  salınması  və  torpaqdan  səmərəli  istifadə 

olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 

 

2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, 



torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və  qiymətləndirilməsinə, 

əlverişli  ekoloji  mühitin  qorunub  saxlanmasına,  təbii  və  antropogen  landşaftların 

yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. 

 

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: 



 

mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və 

mühafizəsinin planlaşdırılmasının təşkili; 

 

ərazilərin  şəhərsalma,  ekoloji,  iqtisadi  və  digər  xüsusiyyətlərini  nəzərə  almaqla  torpaqların 



münbitliyinin  artırılması,  onların  mühafizəsi  üzrə  respublika  və  regional  proqramlarının  və 

proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; 

 

torpaqların  istifadəsində  mövcud  uyğunsuzluqların  və  çatışmazlıqların  aradan  qaldırılması 



məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, 

yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi;



[26]

 

 



kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması; 


 

torpaqların  istifadəsi  və  mühafizəsi  ilə  əlaqədar  layihələrin  və  digər  yerquruluşu  sənədlərinin 

rəsmiləşdirilməsi; 

 

xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin 



müəyyən edilməsinin əsaslandırılması; 

 

şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyişdirilməsinə 



dair sənədlərin rəsmiləşdirilməsi; 

 

xüsusi  təyinatlı  geodeziya,  topoqrafiya  və  kartoqrafiya  işlərinin,  torpaq,  geobotanika,  digər 



tədqiqatların və axtarışların aparılması; 

 

torpaqların  inventarlaşdırılmasının  aparılması,  istifadəsiz,  habelə  səmərəli  və  ya  məqsədli 



təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi; 

 

torpaqların  vəziyyəti  və  istifadəsi  üzrə  xəritə  və  atlasların  tərtib  edilməsi  müvafiq  iqtisadi  və 



texniki tədbirlərin aparılması; 

 

torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; 



 

təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-

smeta sənədlərinin hazırlanması; 

 

torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə 



digər tədbirlər. 

 

4.  Yerquruluşu  müvafiq  icra  hakimiyyəti  orqanlarının  qərarı,  bələdiyyələrin  təşəbbüsü  və  ya 



torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 

 

5.  Dövlət  və  ya  bələdiyyə  mülkiyyətində  olan  torpaqların  kompleks  yerquruluşu  layihələri 



müvafiq  icra  hakimiyyəti  orqanı  və  ya  bələdiyyələr,  xüsusi  mülkiyyətdə  olan  torpaqların 

təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. 

 

6.  Yerquruluşu  işlərinin  aparılması  qaydaları  Azərbaycan  Respublikasının  müvafiq 



qanunvericiliyi ilə tənzimlənir. 

  

X f



əsil 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin