4. Tərbiyəvi təsirlərin psixoloji cəhətdən əsaslandırılması
Plan:
1. Tərbiyəvi təsirlərin mahiyyəti
2. Konkret adama münasibətdə məna maneəsi
3. Konkret tələbə münasibətdə məna maneəsi
4. Əxlaqi söhbətlər tərbiyəvi işlərin mühüm yollarından biri kimi
Tərbiyə prosesinin müvəffəqiyyətlə həyata keçirməsi üçün psixoloji cəhətdən zəruri olan cəhətlərdən biri tərbiyəvi təsirlərin düzgün seçilməsindən ibarətdir. Tərbiyəvi təsirlərin düzgün seçilməməsi şagirdin davranışındakı qüsurların daha dərin köklər salmasına gətirib çıxarır. Bir cəhəti nəzərə almaq lazımdır ki, tərbiyəvi üsul və formalarından həmişə şablon halında istifadə etmək mümkün deyildir. Psixoloqlar hesab edirlər ki, tərbiyəvi üsulları tətbiq edərkən aşağıdakı cəhətlər hökmən nəzərə alınmalıdır.