7. “Çətin” uşaqlar və onlarla aparılan tərbiyəvi işlərin xüsusiyyətləri
Plan:
1. “Çətin” yeniyetmələrin xüsusiyyətləri
2. “Çətin” kiçik məktəblilərin xüsusiyyətləri
3. Çətinliklərin aradan qaldırılması yolları
Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez “çətin uşaqlar” sözünə rast gəlmək olur. Əksər halda “çətin” uşaqların sırasına sözə baxmayan, şıltaq, tərs, intizamsız, kobud, tənbəl, yalançı və s. uşaqları daxil edirlər. Bu cür uşaqların pedaqoji baxımsızlıqdan irəli gəldiyini xüsusilə qeyd edirlər. Adətən “çətin” uşaqların xüsusiyyətləri ən çox yeniyetməlik dövründə özünü göstərir. Psixoloji tədqiqatlar “çətin” yeniyetmələrin dörd qrupunu müəyyənləşdirmək imkanı vermişdir.
1.Emosional-iradi inkişaf səviyyəsində qüsurları olan yeniyetmə.
2.Pedaqoji cəhətdən baxımsız və nəticədə əxlaqi təsəvvürlərə yiyələnməyən yeniyetmə.
3.Əlverişli olmayan inkişaf şəraiti və ya tərbiyəçinin düzgün iş apara biməməsinin təsiri ilə “çətin” böyüyən yeniyetmə.
4.Uyğun gəlməyən münasibətlərlə şərtlənən, xüsusi çətin tərbiyə olunanlar.
Psixoloqlar emosional sahədə problemlərin olması ilə bağlı kiçik məktəb yaşı dövründə “çətin” uşaqların meydana gəldiyini də qeyd edirlər. Bununla bağlı olaraq “çətin” kiçik məktəbli uşaqları üç qrupa ayırırlar.
1.Təcavüzkar uşaqlar. Adətən, elə bir uşaq tapmaq olmaz ki, həyatında heç olmasa bir dəfə təcavüzkar hərəkət etməsin. Lakin onların hamısını təcavüzkar adlandırmaq olmaz. Bu qrupa təcavüzkar hərəkətləri, reaksiyaları özünün affektiv davranışa səbəb olma xarakteri ilə fərqlənən uşaqları aid etmək olar.
Dostları ilə paylaş: |