Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə225/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   221   222   223   224   225   226   227   228   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.Şəxsi qabiliyyətlər-adətən, şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Buraya uşaqlara düzgün münasibət bəsləmək, dözümlülük və özünə sahib olmaq, psixi vəziyyəti idarə etmək qabiliyyətlərini aid etmək olar. Bu cür pedaqoji qabiliyyətlərə malik olan müəllim pedaqoji ünsiyyətdən həzz alır, uşaqlara qarşı diqqətli, xeyirxah münasibət bəsləyir. Uşaqlar özlərinə qarşı müəllimin həqiqi münasibətini hiss etdikdə eyni münasibətlə də cavab verirlər. Müəllim özünü ələ almağı, özünə sahib olmağı, öz hisslərini, temperamentini cilovlamağı bacarmalı, öz davranışına nəzarəti itirməməlidir. Lakin bu heç də o demək deyildir ki, müəllim öz hisslərini daima süni şəkildə boğmalıdır. O, şagirdlərlə birlikdə şadlana, sevinə, lazım gəldikdə tərbiyəvi məqsədlə qəzəb və narazılığını da nümayiş etdirə bilər. Müəllim həmişə nikbin, arzuolunan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də müəllim özünün əhvalını idarə etməyi, tənzimləməyi bacarmalıdır.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin