14. Müəllimin pedaqoji bacarıq, vərdiş və qabiliyyətləri
Plan:
1. Müəllimin bacarıq və vərdişləri
2. Şəxsi qabiliyyətlər
3. Didaktik qabiliyyətlər
4. Təşkilati-kommunikativ qabiliyyətlər
Müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlərdən biri də pedaqoji bacarıq və vərdişlərdir. Müəllim təkcə dərin biliyə malik olmaqla, öz fənnini hərtərəfli mənimsəməklə kifayətlənməməlidir. O, eyni zamanda bildiklərini, tədris etdiyi elmin əsaslarını şagirdlərə çatdırmağı da bacarmalıdır. Ona görə də müəllim öz fənnini yaxşı bilməklə, onu şagirdlərə çatdırmaq bacarıq və vərdişlərinə də yiyələnməlidir. Müəllim şagirdlərin təlim-tərbiyə işini idarə etməyi bacarmalıdır. Belə olduqda müəllim şagirdlərin təlim-tərbiyə işini düzgün istiqamətə yönəldə bilər. Məhz buna görə də müəllim təkcə müvafiq biliklərə malik olmamalı, eyni zamanda həmin bilikləri şagirdlərə çatdırmağı, onlara aşılamağı da bacarmalıdır. Pedaqoji bacarıq və vərdişləri 4 qrupa bölürlər.
Dostları ilə paylaş: |