Avtoritar rəhbərlik üslubuna malik olan müəllimlər avtokrat müəllimlərdən çox az fərqlənirlər. Yəni həmin üslubla işləyən müəllimlər də hakim mövqeyə malik olurlar. Fərq yalnız ondan ibarətdir ki, avtoritar müəllimlər uşaqların fikrinə, rəyinə qulaq asır, uşaqların çıxış etməsinə, fikir söyləməsinə imkan verir, lakin son məqamda yenə də öz bildiyini edir. Avtoritar müəllimlər şagirdlərlə çox kobud davranırlar. Onları danlayır, düz yol göstərdiklərini düşünüb ancaq məsləhət və nəsihətlər verirlər. Belə müəllimlər təkcə şagirdlərlə yox, həm də valideynlərlə kobud rəftar edirlər. Belə müəllimlərdən şagirdlər çəkindikləri üçün verilən tapşırıqları yerinə yetirməyə çalışırlar.