17. Pedaqoji kollektivin idarə olunmasının psixoloji əsasları
Plan:
1. Pedaqoji kollektivin strukturu
2. Pedaqoji kollektivdə rəsmi və qeyri-rəsmi münasibətlər
3. Pedaqoji kollektivdə psixoloji iqlim
4. Sosial-psixoloji funksiyalar
Pedaqoji kollektiv özünün fəaliyyətinin məzmunu ilə müəyyənləşən təşkilati struktura malikdir. Bu struktur kollektiv üzvlərinin qarşılıqlı asılılıq və nəzarət münasibətlərini müəyyənləşdirir. Bu struktur dairəsində pedaqoji şura, fənn birləşmələri, sinif rəhbərləri və məktəb rəhbərləri fəaliyyət göstərir.
Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü də mövcuddur. Pedaqoji əmək eyni sinifdə işləyən müxtəlif fənn müəllimləri arasında, müxtəlif siniflərdə eyni fənni aparan müəllimlər arasında, məktəbdə aparılan tərbiyəvi işin müəyyən sahəsinə cavabdeh olan müəllimlər arasında və s. bölünür. Birgə fəaliyyət və ünsiyyət prosesində pedaqoji kollektivdə bir neçə münasibət sistemi yaranır.
Dostları ilə paylaş: |