6.Psixoloji konsilium müxtəlif xarakterli psixoloji problemlərin aradan qaldırılması məqsədilə mütəxəssislər arasında aparılan fikir mübadiləsi-müzakirələr və məsləhətləşmələrdir. Təhsil sistemində çalışan psixoloqların təşkil etdikləri konsiliumlar bu sahədə işləyən bütün insanları əhatə edir. Konsiliumun mövzusundan asılı olaraq bu şəxslər müzakirələrə cəlb olunurlar. Psixoloji konsiliumlar təhsil sistemində aparılan işlərin demokratik tələblərinə cavab verməlidir. Psixoloji konsiliumun aşağıdakı tipləri müəyyənləşdirilmişdir.