Məktəbə psixoloji xidmətdə əsas yerlərdən biri uşaqların məktəbə psixoloji hazırlığının diaqnostikasını verməkdən ibarətdir. Məktəb psixoloqu (sinif muəllimi ilə birlikdə) birinci sinfə qəbul olunacaq uşaqların məktəbə psixoloji hazırlıq səviyyəsini aşkara çıxarmalıdır. Uşağın məktəbə hazırlığının diaqnostikasını verərkən aşağıdakı üç mühüm göstəriciyə istinad etmək lazım gəlir.