Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə45/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   41   42   43   44   45   46   47   48   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.Məkan qavrayışı

2.Zaman qavrayışı

3.Hərəkət qavrayışı

1.Məkan qavrayışı-insanın ətraf mühitə bələdləşməsinin zəruri şərtidir. Çünki bütün cisimlər, hadisələr müəyyən məkan və zaman daxilində mövcud olur. Məkan qavrayışında obyektlərin forması, həcmi, onlar arasındakı məsafə, yerin uzaqlığı və istiqaməti əks olunur. Məkanın qavranılmasında əsas görmə analizatoru iştirak edir. Onunla birlikdə lamisə, əzələ-hərəkət duyğuları, hətta eşitmə analizatoru da iştirak edir. Məkanın qavranılması həm də təcrübədən asılıdır. Bu faktı anadan kor doğulmuş və sonradan cərrahiyə əməliyyatı sayəsində görməyə başlayanların, eləcə də kiçik uşaqların görməsi sübut edir. Belələri məsafəni hələ düzgün müəyyənləşdirə bilmirlər, uzaqda olan predmetə əl uzadırlar.

Bəzən cisimlər təhrif olunmuş şəkildə əks etdirilir. Cisimlərin təhrif olunmuş şəkildə qavranılması illüziya adlanır. Məsələn, zolaqlı paltarda zolaqları şaquli vəziyyətdə olanda adamı uzun, üfuqi vəziyyətdə olduqda isə qısa və kök göstərir. İllüziyaların səbəbləri çoxdur. Buraya dəmir yol illüziyası, kəsişmə illüziyası, konsentrik illüziya (spiralşəkilli) və s. aid edilə bilər. İllüziyalar nə qədər mürəkkəb və çoxcəhətli görünsə də onları həqiqi qavrayış surətlərindən ayırmaq mümkündür. Bu, insanların praktik fəaliyyəti vasitəsilə aradan qaldırıla bilər.

2.Zaman qavrayışı-cisim və hadisələrin sürətinin, müddət və ardıcıllığının inikasıdır. Zamanın əks etdirilməsində üstün yeri eşitmə və hərəki duyğular tutur və eyni zamanda daxili analizatorlar da iştirak edir. Əslində sırf zaman deyil, zaman daxilində baş verən hadisələri qavrayırıq. Qavradığımız zaman rəngarəng və maraqlı hadisələrlə zəngindirsə, bizi özünə cəlb edirsə, bizə elə gəlir ki, vaxt əslində olduğundan sürətlə keçir. Əksinə, həmin vaxtda baş verən hadisələr maraqsızdırsa biz vaxtın çox uzandığını və ya ağır keçdiyini zənn edirik.

Hadisəyə münasibətimiz, keçirdiyimiz hisslər də zaman qavrayışına təsir edir. Hadisə bizdə müsbət hisslər əmələ gətirdikdə vaxtın sürətlə keçdiyini, mənfi hisslərə səbəb olduqda isə ağır keçdiyini zənn edirik. Yaxud, bizi maraqlandıran, sevindirici, cəlbedici bir hadisə gözlədikdə vaxtın ağır keçdiyini, əksinə, xoşagəlməz, əzabverici bir hadisə gözlədikdə isə vaxtın çox sürətlə yaxınlaşdığını zənn edirik. Deməli, subyektiv amillərin təsiri ilə bəzən adam vaxtı qiymətləndirməkdə səhvlərə yol verə bilər. Bu, insanın emosional vəziyyətindən də asılı ola bilər.

3.Hərəkət qavrayışı-cismin uzaqlığından, yerdəyişmə sürətindən, həm də müşahidəçinin özünün məkanda hərəkətindən asılıdır. Həddən artıq yavaş və ya çox sürətlə hərəkət edən cisimləri qavraya bilmirik. Məsələn, saatın əqrəbinin hərəkəti, güllənin sürəti və s. Hərəkətlərin qavranılması görmə və hərəkət analizatorlarının birgə fəaliyyəti sayəsində baş verir. Məsələn, 8-9 min metr hündürlükdə saatda 800-900 km sürətlə uçan təyyarənin pəncərəsindən baxdıqda mavi ənginlikdə adama elə gəlir ki, təyyarə göydə dayanmışdır, lakin aşağı baxdıqda, müəyyən cisimləri gördükdə onların uzaqlaşdığını duyuruq. Yaxud, hərəkətsiz qatarın vaqonunda oturan adam pəncərədən baxarkən keçib gedən qatarı görür və əvvəlcə ona elə gəlir ki, onun oturduğu qatar hərəkət edir. Lakin ehtizaz duyğularının və təkanın olmaması bir azdan sonra adamda əks təəssüratın yaranmasına səbəb olur. Hərəkət qavrayışı eşitmə analizatorlarının köməyi ilə də mümkündür. Bu halda səs mənbəyi bizə yaxınlaşdıqca onun eşidilmə ucalığı güclənir, uzaqlaşdıqca isə zəifləyir.

Qavrayışın qeyd edilən növləri gerçəkliyin müxtəlif xassələri barədə məlumat verməklə insanın ətraf aləmə yaxından bələdləşməsini, əməli və nəzəri fəaliyyətini səmərəli surətdə təşkil etməyə zəmin yaradır.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin