3.Müsahibə metodu uşaqların əqidəsini, marağını, hafizəsinin xüsusiyyətlərini və s. aşkara çıxarmaqda tətbiq edilir. Hər bir müsahibənin planı olmalıdır.
4.Test metodu müəyyən sahəyə dair uşağın malik olduğu bilik və bacarığı yoxlanılır. Testlər faktların təcrübi yolla sınaqdan keçirilməsi, qısa müddətdə dəqiq nəticələrin əldə olunması məqsədi daşıyır. Testlər hər şeydən əvvəl etibarlı və əlverişli olmalıdır.
5.Sosiometrik metodu uşaq kollektivini öyrənmək üçün istifadə olunur. Bu metodun köməyi ilə kollektivin istiqaməti, kollektivdə şəxsiyyətlərarası münasibətlər müəyyənləşdirilir.