1.Hiss üzvü-reseptor (periferik şöbə).
2.Mərkəzəqaçan və mərkəzdənqaçan sinirlər (afferent və efferent, yəni hissi və hərəki).
3. Beyin nahiyəsi (qabıqaltı və qabıq şöbələri).
Hər bir analizatorun qabıq şöbəsində nüvə, başqa sözlə mərkəzi hissə mövcuddur. Həmin hissədə reseptor hüceyrəsinin əsas kütləsi toplanmış olur. Analizatorun nüvəsi incə təhlil və tərkib funksiyasını yerinə yetirir. Duyğunun baş verməsi üçün bütün analizatorun bir tam kimi işləməsi zəruridir. Analizator bütün sinir prosesləri yollarının başlanğıc və əsas hissəsidir. Analizatorun tərkib hissələrinin qarşılıqlı əlaqəsi orqanizmin ətraf aləmə bələdləşməsinin əsasını və həyat şəraitindən asılı olaraq orqanizmin fəaliyyətini təmin edir.
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, duyğu prosesi xarici təsirlərin spesifik enerjisinin seçmə qabiliyyətinə, dəyişdirilməsinə yönəldilmiş və ətraf aləmin adekvat inikasını təmin edən iş sistemi kimi həyata keçir.
Bəzən duyğu prosesinin pozulması hallarına rast gəlinir. Belə patoloji hallara aşağıdakılar aiddir.
1.Senestopatiya ( göynəmə, dartılma, təzyiq, sancı və s.).
2.Hipersteziya (adi qıcıqların daha güclü formada duyulması).
3.Hiposteziya (qıcıqların olduğundan zəif duyulması).
4.Parasteziya (patoloji proses nəticəsində daxili orqanlarda meydana çıxan hissiyyatlar).
Dostları ilə paylaş: |