Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə257/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   249   250   251   252   253   254   255   256   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

N.A.Brenşteynin "ardıcıl hadisələr" tapşırığını vermək olar. Bunun üçün "Canavarlar" seriyasından ibarət beş süjetli şəkildən istifadə etmək olar. Həmin şəkillərin məzmunu aşağıdakı kimidir: birinci şəkildə əlində çanta tutmuş gülərüz bir oğlan uşağı qarla örtülmüş meşə yolu ilə gedir. İkinci şəkildə çox qorxmuş halda həmin uşaq əlində çanta meşə ilə qaçır. Üçüncü şəkildə ağaca dırmaşan uşaq görünür. Onun çantası ağacın altında görünür. Dördüncü şəkildə ağacın altında uşağın çantası və ətrafa səpələnmiş kitab dəftərlər görünür. Ağacın dövrəsində üç canavar dayanmışdır. Beşinci şəkildə ağacdan aşağı düşmək istəyən uşaq və ona aşağıdan kömək edən saqqallı kişi görünür.

Şəkillər uşağa ardıcıl deyil, qarışıq verilir. Şəkilləri uşağa verdikdən sonra psixoloq daha onun işinə qarışmır, uşağın hər bir hərəkətini, emosional vəziyyətini protokola daxil edir. Əgər uşaq süjeti düzgün tərtib etməyibsə, onu yerinə yetirdiyi işə görə tərifləmək, sonra köməkçi suallar vasitəsilə ardıcıllığı düzgün başa düşməsinə nail olmaq lazımdır.

Nəhayət, “məktəbə hazırlığın diaqnostikasını” vermək üçün "Dördüncü artıq əşya hansıdır?" tapşırığını yerinə yetirməkdən istifadə etmək olar. Bu metodika psixologiya sahəsində çalışan mütəxəssislərə yaxşı məlumdur və onlar tərəfindən geniş tətbiq olunur. Bu zaman verilmiş dörd əşya (və ya onların şəkli) arasında birinin artıq olduğu bildirilir və uşaqdan tələb olunur ki, onu tapsın və götürsün. Məsələn, a).karandaş, çanta, dəftər, şlyapa şəkilləri; b).stol, stul, kitab çaynik şəkilləri və s.



Bütün bu yollarla aparılan yoxlama işi uşağın məktəbə hazırlıq səviyyəsini aşkara çıxarmağa, bu sahədə onun valideyinə və gələcək müəlliminə müvafiq məsləhətlər verməyə imkan yaradır. Bununla yanaşı olaraq həmin qeydlər uşaq üçün tərtib olunacaq psixoloji xəritənin əsasını, başlanğıcını təşkil edir.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin