5.Psixokonsultasiya məktəbə psixoloji xidmət fəaliyyətində müəllim, şagird və valideynlərlə aparılan işin əsasını təşkil edir. Psixoloqun valideynlərə psixoloji məsləhəti aşağıdakı məsələləri əhatə edə bilər: uşağı məktəbə necə hazırlamaq, oxumaq istəməməyi, hövsələsizlik, inadkarlıq, qorxaqlıq, sözə baxmamaq və s. kimi qüsurları necə aradan qaldırmaq. Psixokonsultasiya insanlara psixoloji müdafiə yollarını öyrətməklə, onlarda yaradıcılıq imkanlarını müəyyənləşdirməyə nail olmaqdır. Psixokonsultasiyanın vəzifələrinə aşağıdakılar daxildir.
-fiziki imkanı zəif olan, iş qabiliyyətini tez itirən, materialı pis mənimsəyən şagirdlərə psixoloji kömək;
-qapalı, fəaliyyətə maraqsız, yeniliyə meyl göstərməyənlərə məsləhət;
-əsəbi, ərköyün, eqoist uşaqların valideynlərinə məsləhət;
-davranış mədəniyyətinin formalaşması üzrə iş;
-valideynlərin müraciətləri ilə bağlı konsultativ iş və s.
Dostları ilə paylaş: |