Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Təlim fəaliyyətinin təşkilinə köməklik göstərən şəxsiyyət göstəriciləri



Yüklə 277,04 Kb.
səhifə255/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   249   250   251   252   253   254   255   256   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

3.Təlim fəaliyyətinin təşkilinə köməklik göstərən şəxsiyyət göstəriciləri nəzərə alınmalıdır.

Məktəb psixoloqu qeyd olunan göstəricilər üzrə birinci sinfə qəbul olunan uşaqların hər birinin məktəbə hazırlıq səviyyəsini aşkara çıxarmaqla müəllimin onlarla müvafiq səmərəli iş aparması üçün şərait yaradır. Ona görə də qabaqcadan hazırlanmış proqrama əsasən uşaqlar yoxlanılmalıdır. Proqram hazırlanarkən yuxarıda qeyd olunan göstəricilərin xüsusiyyətlərini açmağa imkan verən yolları müəyyənləşdirməklə, aşağıdakı texniki və metodiki tələblərə əməl olunmalıdır.



1.Hər uşaq yalnız bir dəfə yoxlamadan keçirilməli və bu iş 20-30 dəqiqədən artıq davam etməməlidir. Bu tələb bir tərəfdən yoxlanan uşağın imkanlarını nəzərə almaqla bağlıdır. Digər tərəfdən, uşağı I sinfə yazdırmaq üçün valideynlər onu bir neçə dəfə yoxlamaya gətirməyə o qədər də razılıqla yanaşmırlar.

2.Psixoloji yoxlamaları valideynin iştirakı ilə aparmaq məqsədə müvafiqdir. Belə olduqda uşaqlarda və valideylərdə gərginliyin yaranmasının qarşısı alınır. Yoxlamadan əvvəl valideynlərə izah olunur ki, yoxlamanın məqsədi uşağı imtahan etməkdən ibarət deyildir. Burada əsas məqsəd uşağın imkanlarını aşkara çıxarmaq və gələcəkdə onunla işləmək üçün müvafiq yollar düşünməkdən ibarətdir.

3.Yoxlamanın nəticələri uşağın xüsusiyyətlərinin keyfiyyət xarakteristikasını verməlidir.

Gələcək I sinif şagirdləri üzərində aparılan eksperimental psixoloji yoxlama suallardan başlanmalıdır. Adətən, bu cür suallar standart xarakter daşıyır: sənin adın nədir, neçə yaşın var, uşaq bağçasına gedirsənmi? Sualları verməklə psixoloq öz təbəssümü ilə uşaqları ruhlandırmalıdır. Burada yeri gəldikcə uşağı tərifləmək tələb olunur. Söhbəti uzatmadan bilavasitə eksperimental yoxlamaya keçmək tələb olunur. Adətən, psixoloq uşaqlara bu cür müraciət edir: Mən sənə tapşırıq verəcəm, sən isə onları yerinə yetirəcəksən. Bunlar bir az məktəbdə sənə verəcəkləri tapşırıqlara oxşayır, lakin əsil məktəb tapşırığı deyil. Məncə onlar sənin xoşuna gələcək".

Bundan sonra


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin